IQNA

İspaniyada sosial şəbəkələrdə islamofobiyanın artması

10:55 - October 23, 2025
Xəbər sayı: 3499083
İQNA - Hökumətin hesabatına görə, İspaniya sosial mediasında ksenofobik mesajların 90 faizindən çoxu Şimali Afrika vətəndaşlarına və müsəlmanlara qarşı yönəlib.

“İspaniya Əl-Ərəbi” xəbər verir ki, müsəlmanlar İspaniyada ifrat sağçı ksenofobik hərəkatın hədəfində olan “bir qrup”dan ibarət deyil; onlar ifrat sağçılar üçün ən mühüm və əsas hədəf qrup sayılır.

Bu mövzuda yayımlanan hesabatda bildirilir ki, son 30 gün ərzində dövlətin müşahidə mərkəzi tərəfindən izlənilən sosial şəbəkələrdəki 47.717 nifrət dolu paylaşımdan 94 faizi Şimali Afrika mənşəli miqrantlara (54 faiz) və müsəlmanlara (40 faiz) qarşı olub. Bu 94 faizlik göstərici sentyabr ayında və 2025-ci il ərzində aparılan müşahidələrin nəticələrinə də uyğundur. Bu faiz onların ümumi əhali içindəki nisbətinə görə olduqca qeyri-mütənasib sayılır. Baxmayaraq ki, Şimali Afrikadan olan bütün sakinlər müsəlman deyillər, amma adətən Mərakeş, Əlcəzair, Tunis, Liviya və Misir mənşəli və ya bu nəsildən olan şəxslər belə qəbul edilirlər.

Dövlətin Nifrət və İrqçiliklə Mübarizə Müşahidə Mərkəzinin izlədiyi digər qruplar isə yəhudilər (7 faiz), afrikalı mənşəlilər (6 faiz), asiyalılar (5 faiz) və müşayiətçisiz xarici azyaşlılar (3 faiz) olub. İfrat sağçı “Voks” partiyası və digər anti-miqrant qruplar bu uşaqları təhqiramiz şəkildə “azyaşlı miqrantlar” adlandırır.

Sentyabr ayında Nifrət və İrqçiliklə Mübarizə Müşahidə Mərkəzi “Facebook”, “Instagram”, “TikTok”, “YouTube” və “X” (keçmiş “Twitter”) platformalarında irqçilik, islamofobiya və antisemitizm motivli ümumilikdə 68.556 paylaşımı qeydə alıb. Onların 60 faizi Şimali Afrikalılara, 33 faizi isə müsəlmanlara qarşı olub ki, bu da ümumilikdə 93 faiz təşkil edir.

4312317

captcha