Almaniyanın Hamburq şəhərində 33 ölkədən olan şəxslərin iştirakı ilə Quran qarilərinin beynəlxalq müsabiqəsi keçirilib.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Az.shafaqna.com-a istinadla xəbər verir ki, “International Quran News Agency”-ə istinadən xəbər verir ki, sözügedən müsabiqə “Vəqf ən-Nur” Quranın Hifzi Mərkəzi tərəfindən təşkil edilib.
Tədbir 11-13 noyabr tarixlərində 4 kateqoriya üzrə keçirilib:
- 16 yaşadək olan Quran hafizləri arasında 5 cüzün əzbərdən bilinməsi;
- 18 yaşadək olan Quran hafizləri arasında 10 cüzün əzbərdən bilinməsi;
- 25 yaşadək olan Quran hafizləri arasında 15 cüzün əzbərdən bilinməsi;
- 30 yaşadək olan Quran hafizləri arasında bütün cüzlərin əzbərdən bilinməsi.