IQNA

Almaniyada 30-dan çox ölkənin iştirakı ilə beynəlxalq Quran müsabiqəsi keçiriləcək

18:58 - October 17, 2022
Xəbər sayı: 3493092
Gələn ilin noyabrında Almaniyanın Hamburq şəhərində 30-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə Qurani-Kərimin beynəlxalq müsabiqəsi keçiriləcək.

"İQNA", "Əl-Həyat"-a istinadən xəbər verir ki, “Vəqfun-Nur” təşkilatı noyabrın 11-dən 13-dək Almaniyanın Hamburq şəhərində 30-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə “Alman Beynəlxalq Quran Yarışı” təşkil edəcək.

Bu yarışların təşkilinə məsul şəxs, Vəqfun-Nur Təşkilatının direktoru və Almaniya Müsəlmanları Ali Şurasının sədr müavini Daniyal Abidin bildirib ki, bu yarışlara qeydiyyat ən geci oktyabrın 30-dək başa çatacaq.

O, deyib ki, bu yarışma gənclər arasında güclü iman təəssüratı yaratmaq, dini kimliyin qorunub saxlanması, Quran dəyərlərinə və əxlaqına dair maarifləndirmə məqsədi ilə keçirilir.

4092291

captcha