IQNA

Əqidə prinsipləri, nübüvvət / 1

Bəşəriyyəti hidayət etmək üçün peyğəmbərlərə nə ehtiyac var?

11:33 - November 16, 2022
Xəbər sayı: 3493270
Allah insanları yaratmış və ona hidayət yolunu müəyyən etmək üçün ağıl vermişdir. Bəs belədirsə, cəmiyyətə nə üçün peyğəmbər lazımdır ki, insanları hidayət etsin?

Materialist dünyagörüşündə varlığın müəyyən edilmiş yolu və məqsədi yoxdur. İnsan da plansız yaradılmışdır. Bir müddət sonra məhv olur. Peyğəmbərlik deyə bir şey yoxdur. Amma indi elm və sənaye dünyası peyğəmbərlər xəttində olmayan insanların və xalqların hər cür sapmalarına və cinayətlərinə şahidlik edir. Bu cəmiyyətlər öz ixtiraları və kəşfləri ilə insanları yandırdıqları cəhənnəm qurublar. Bu, insanın məsum bir rəhbərliyə və sağlam bir xəttə ehtiyacı olduğunu açıq şəkildə göstərən bir vəziyyətdir.

İnsanların peyğəmbərlərə ehtiyac duymasının ən azı 4 dəlilini qeyd edə bilərik:

1_ Varlığın məqsədli olması

İlahi dünya baxışında varlıq məqsədyönlüdür və insan varlığın bir parçasıdır. Varlıq onun üçün yaradılmışdır (Bəqərə, 29 və Naziat, 33) və onun ixtiyarına verilmişdir (Casiyə, 13). Ona görə də o, öz başına buraxıla bilməz. Həqiqətdə, bütün varlığın bir məqsədi olduğunu, lakin varlığın yaradılmasının səbəbi olan insanın məqsədsiz olduğunu qəbul etmək olmaz.

Tutaq ki, məktəb qurmaq üçün bütün şərait yaradılıb; Sinif otaqları, laboratoriyalar, kitabxanalar, tədris obyektləri və dərs vəsaitləri və s. daxil olmaqla, tam avadanlıqla təchiz olunmuş məktəb var. Burada şagirdlər də sinifdə iştirak edir. Lakin müəllim yoxdur. Ya tam təchiz olunmuş əməliyyat otağı təsəvvür edin. xəstə də hazırdır, amma cərrah yoxdur. Belə bir şey mənasızdır.

2_ Varlığın hərəkəti

Bütün varlıqlar öz inkişaf yolunda şəkk-şübhə etməz və səhv etməz və nəhayət, tərəqqi və kamilliyə çatarlar. Belə olan halda, şübhəsiz, insanın da qarşısında sarsılmaz bir yol olmalıdır ki, onu keçməklə kamala çatsın. Lakin insanın digər məxluqlardan fərqi ondadır ki, insan bu inkişaf və kamillik yolunu keçə də bilər, keçməyə də bilər.

3_ Allahın lütfü

Allahın bəndələri doğru yola yönəltməsi və onlara səadət yolunu göstərməsi lazımdır. Səmavi kitabların nazil olması və peyğəmbərlərin göndərilməsi Allahın bəndələrinə etdiyi bir lütfdür. Necə ki, Quranda buyurulur: “İnsanları doğru yola yönəltmək bizim borcumuzdur” (Ləyl, 12). İnsanın hərəkət yolunda hər cür azğın yolların olduğunu, şeytanların gizləndiyini, həvəs və instiklərin hər bir insanı müxtəlif istiqamətlərə çəkərək onu doğru yoldan azdırdığını bilən Allahın onun üçün yol göstərən göndərməməsi mümkündürmü?

Allah Quranda peyğəmbərlər göndərməsinin səbəblərindən birinin insanları doğru yola yönəltmək və onlara qarşı dəlilləri tamamlamaq olduğunu bildimişdir ki, deməsinlər: "Ya Rəbbim, nə üçün bizə bir elçi göndərmədin ki, biz zəlil və rüsvay olmamışdan əvvəl sənin ayələrinə tabe olaq?” (Taha, 134). Başqa yerdə buyurur: "Peyğəmbərləri [göndərdikdən] sonra insanlar üçün Allah yanında heç bir üzr olmaz və Allah Qüdrətlidir, Müdrikdir” (Nisa, 165).

4_ İnsanın cəhaləti

Şübhəsiz ki, insanın özü və yaradılış aləmi haqqında məlumatı çox azdır. Bilmədikləri isə saysız-hesabsızdır. Bəşəriyyət öz bilmədiklərini azaltmaq, biliyini artırmaq üçün müəllimə ehtiyac duyur.

Belə bir sual verilə bilər ki, insan özü zamanla hər şeyi başa düşür və hidayətə və peyğəmbərə ehtiyac duymur. Cavabında belə demək lazımdır ki, insan zamanla bir neçə şeyi başa düşsə də, bu kifayət deyil. Aşağıdakı ayədə diqqətli olmaq bizim üçün dəyərli bir həqiqəti açıqlayır:

Allah buyurur: “Allah sizə anlaya bilməyəcəyiniz şeyləri öyrədir” (Bəqərə, 151). Bu ayədə belə deyilmir: "O sizə bilmədiklərinizi öyrədəcək"; Daha doğrusu, anlaya bilməyəcəyiniz və başa düşə bilməyəcəyiniz şeylər olduğuna işarə edir!

Doğrudan da, biz bəşər elmi və təfəkkürü ilə bərzəx və qiyamət aləmində baş verən hadisələri necə başa düşə bilərik? Bu peyğəmbərlər olmadan mümkündürmü?

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslami İnancların Əsasları (Peyğəmbərlik)" kitabından götürülmüşdür.
captcha