Əbdül-Həmid ibn Əbdül-Əziz Keşk miladi 1933-cü il martın 10-da və hicri-qəməri 1351-ci ili Zil-Qədənin 13-də Misrin Bəhira vilayətinin Şəbraxit şəhərində anadan olmuşdur. O, uşaq ikən məktəbə gedib və on yaşına qədər Qurani-Kərimi tam əzbərləyib.
Əbdül-Həmid Keşk uşaqlıqdan Quranla ünsiyyət qurmuşdu.
Məşhurlaşdığı çıxışlarında mətləbə uyğun Quranın müxtəlif ayələrindən istifadə edirdi. Bununla belə Quranı insanlar üçün sadə bir dildə təfsir etməyi unutmamışdır. 13 yaşında bir gözünün, 17 yaşında isə digər gözünün görmə qabiliyyətini itirərək ömrünün sonuna qədər kor olub. O, həmişə İbn Abbasın məşhur şerindən sitat gətirərək özü haqqında deyirdi: "Halbuki Allah mənim iki gözümün nurunu götürüb, amma ruhumu, düşüncələrimi işıqlandırıb". O, İslam tərbiyəsi, din və Quran məfhumarı sahəsində 108 kitab yazıb. Bu kitablarda İslam və dini maarifi insanlar üçün sadə dillə izah edir. Onun ən mühüm Quran əsəri sadə dildə yazdığı “təfsir müstəvisində” yazdığı on cildlik “Fi Rihabit-Təfsir” toplusu hesab edilməlidir.
"Fi Rihabit-Təfsir" kitabının təfsir üsulu Quran elmi, dil, elm və fiqhdən xüsusi biliyə malik olmadan geniş ictimaiyyət üçün başa düşülən formadadır.
Şeyx Keşk əvvəlcə Quran ayələrini qeyd edir və sonra Quran kəlmələrini izah edir. Onları sadə bir dillə ifadə edir, sonra isə ayələrin mənasını və məqsədini sadə bir dillə izah edir. Mövzuya uyğun olaraq ədəbiyyat, politologiya və tibb kimi digər biliklərdən də sadə şəkildə istifadə edir. Bundan əlavə, ayələrdən gələn məfhum və mənalar, əmrlər barəsində mövcud olan şübhələri ifadə edir və cavablandırır.
Şeyx Keşk öz çıxışlarında islam əxlaqına və şəxsi təqvaya riayət olunmasını ciddi şəkildə vurğulamış və bunu ictimai rifah amili hesab etmişdir. Buna İslamın sosial fəlsəfəsi demək olar.
6 dekabr 1996-cı il cümə günü Şeyx Keşk məscidə gedib cümə namazını qılmağa hazırlaşarkən həmişəki kimi öz evində Nafilə namazını qılmağa başladı və namazının ikinci rükətinin ikinci səcdəsində dünyasını dəyişdi.