IQNA

"Nəhcül-bəlağə"dən seçmələr / 26

Allahın haqqını görməzdən gələn ümid və qorxu

23:41 - May 01, 2023
Xəbər sayı: 3494109
Sosioloq və din sahəsində tədqiqatçı Əmirəl-möminin Əlinin (ə) Nəhcəl-bəlağəsinin 160-cı xütbəsinə istinad edərək, İmam Əlinin (ə) nəzərindən Allah-Təalaya ümid məsələsinə toxunub.

Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. O, Əmirəl-möminin Əlinin (ə) “Nəhcəl-bəlağə”də olan xütbələrinə istinad edərək, Allaha ümid mövzusu, Həzrət Musa (ə), Həzrət İsa (ə) və Peyğəmbərin (s) sifətləri haqqında danışıb. Bunu aşağıda ətraflı şəkildə oxuya bilərsiniz:

Əmirəl-möminin Əlinin (ə) “Nəhcül-bəlağə”sinin 160-cı xütbəsində Həzrət Musa (ə), Həzrət İsa (ə) və Həzrət Peyğəmbərin (s) Allaha ümidini ifadə edən ibarətlər vardır.

İmam Əli (ə) bu xütbədə buyurur: "O, güman edir ki, Allaha ümid bəsləyir. Allaha and olsun ki, yalan deyir. Əməlində ümid olmayanın halı necə olacaq?" Ona görə də kimin Allaha ümidi varsa, onun ümidi əməlində aşkar olmalıdır, Allah-Təalaya ümiddən başqa heç bir ümid xalis deyil və Allah qorxusundan başqa hər bir qorxu yanlışdır. Bir dəstə böyük işlərdə Allaha ümid bağlayır, kiçik işlərdə isə Allahın bəndələrinə üz tutur. Beləliklə, bəndənin haqqını yerinə yetirir və Allahın haqqını yerinə yetirmirlər".

Həmçinin bu xütbənin davamında Həzrət Musanın (ə), Həzrət İsanın (ə) və Həzrət Peyğəmbərin (s) vəsfində qeyd olunur: "Musa (ə) aclığını aradan qaldırmaq üçün bir çörəkdən başqa bir şey istəmədi. Çünki Musa (ə) o qədər göy-göyərti yemişdi ki, arığlamışdı. Ona görə də mədəsinin pərdəsi arxasından bitkinin yaşıllığı görünürdü".

Əgər istəyirsən, İsa ibn Məryəmdən (ə) danışım. O, yastığına daş qoyar, kobud yun paltar geyər və quru çörək yeyərdi. Onun bişmiş çörəyi aclığı idi, çırağı gecə ay idi. Onun qışda sığınacağı yer şərq və qərb idi. Onun meyvələri, çiçəkləri torpağın mal-qara üçün yetişdirdiyi tərəvəzlər idi. Onu özünə heyran edəcək arvadı, onu kədərləndirəcək övladı, onu məşğul edəcək sərvəti, onu alçaldacaq hərisliyi yox idi. Onun atı iki ayağı və qulluqçusu əlləri idi.

Həzrət Peyğəmbər (s) ağzını dolduracaq qədər dünyadan yemək yemir və dünyaya gözünün ucu ilə baxırdı. Bədənin iki tərəfi bütün insanlardan daha batmış və mədəsi hamıdan daha boş idi. Ona dünyanı göstərdilər, lakin o, qəbul etmədi. Allahın bir şeyi düşmən tutduğunu bildikdə, o da, onu düşmən tutdu. Allahın kiçik sandığını, o da kiçik və əhəmiyyətsiz hesab etdi.

Həqiqətən də, Peyğəmbər (s) yerdə oturub yemək yeyərdi və bir qul kimi sadə oturub öz əlləri ilə ayaqqabılarını yamayardı. Paltarlarını öz əlləri ilə tikərdi. Yəhərsiz ulağa minərdi, bir də başqasını öz tərkinə mindirərdi.

Evinin qapısına bir pərdə asmışdı ki, üzərində şəkillər var idi. O Həzrət həyat yoldaşlarından birinə buyurdu ki, bu pərdəni gözümdən götür, nə vaxt ona baxsam, dünyanı, onun bəzəklərini xatırlayıram.

3969927

captcha