IQNA

Nəhcül-bəlağənin işığında ictimai həyat / 4

Qənaətli olmaq pak həyata nail olmaq üçün zəruri vəzifələrdən biridir

10:08 - June 08, 2023
Xəbər sayı: 3494294
“Nəhcül-bəlağə”də dünya malından bir neçə faydalanmaq növü qeyd edilmişdir. Onların bəziləri icazəli, bəziləri arzu olunan, bəziləri isə qadağandır. Həyati-Təyyibə (pak həyat) Nəhcül-bəlağə baxımından qane olmaq deməkdir.

İmam Əlinin (ə) həyatının əsasları Quran və Peyğəmbərin (s) sünnəsinə əsaslanırdı. İctimai fəaliyyət və cəmiyyətlə davranış sahəsində həzrətin münasibətləri ilahi göstərişlər və Peyğəmbərin (s) sünnəsi əsasında qurulmuşdur. Bu da insanlar üçün mükəmməl bir nümunə sayıla bilər.

Nəhcül-Bəlağə üzrə tədqiqatçı Bəxşəli Qənbəri ictimai əxlaqı Nəhcül-bəlağə nöqteyi-nəzərindən araşdırıb. Onun dördüncü çıxışı “Pak həyat” adlanır. Onun mətnini aşağıda oxuya bilərsiniz:

Nəhcül-bəlağənin 45-ci xütbəsinin hansı hissəsinin həyati-təyyibəyə həsr olunduğunu izah etməzdən əvvəl Nəhcül-bəlağənin hikmətlərindən birini qeyd edəcəyəm.

Bu hikmətdə buyurulur: Möminlərin başçılarından soruşdular ki, Qurani-Kərimdə işlədilən “həyat-yəyyibə” (فَلَنُحْیِیَنَّهُ حَیاةً طَیِّبَةً؛ bəzi insanlara pak həyat bəxş edirik) nə deməkdir? Həzrət Əli (ə) bir kəlmə cavab verdi; Qənaət. Odur ki, Nəhcül-bəlağənin nəzərindən pak həyat, qane olmaq, yəni qənaətlə yaşamaq deməkdir.

“Nəhcül-bəlağə”də dünya malından bir neçə faydalanmaq növü qeyd edilmişdir. Onların bəziləri icazəli, bəziləri arzu olunan, bəziləri isə qadağandır. Əgər dünyadan kifayət qədər istifadə etsək, caizdir və eybi yoxdur. Əgər kimsə az miqdarda istifadə edərsə, Əli (ə) onlara deyir ki, zahiddirlər. Zahid insanlar dünyadan ən az istifadə edir. Həzrət Əli (ə) zahidlərdən biridir. Nəhcül-bəlağənin 45-ci məktubunda bu mövzu  bəyan olunmuşdur.

Əli (ə) özü üçün zahid həyatı seçdi və buyurdu: "Sizin dünyanızdan iki çörəklə kifayətləndim həmçinin sizin dünyanızdan bu gün geyindiyim bir paltara qənaət etdim. sabaha heç bir paltar saxlamamışam. Bu 45-ci məktuba diqqət yetirməyi unutmayın.

Kifayət qədər istifadə etmək, dünyadan heç bir şey itirmək istəməyən və heç bir problemi olmayan, zəngin və varlı möminlər üçündür. Bunun heç bir eybi yoxdur və haram da deyil. Amma ikinci məsələni, yəni zahid həyatı İmam Əli (ə) özü üçün seçmişdir. Üçüncü hal geniş ictimaiyyət üçündür. Çünki ümumi cəmiyyət nə varlı, nə də zahid deyil. Onlar üçün nəzərdə tutulan məsələ həyati-təyyibədir.

İmam Əli (ə) bu xütbədə buyurur; Bu dünyanı ən yaxşı azuqə ilə tərk edin və ehtiyacınız olandan artığını istəməyin. Bu dünyadan ehtiyacınız olandan çoxunu götürməyin. Bu, qənaətli bir həyat deməkdir.

Bu cür həyatda nə az istifadə edir, nə də çox istifadə  edirik. Biz onlardan tam olaraq öz ehtiyaclarımıza dair əldə etdiyimiz biliklərə əsaslanaraq istifadə edirik. Ehtiyaclarımı təmin edən paltar geyinə bilərəm, bu mənə kifayətdir. Daha çox olsa,, fəqirlikdir. Əli (ə) həm də camaata ənaətlə olan pak həyat təklif edir. Yəni heç nəyi atmayın və israf etməyin. Əslində israfçılıq ehtiyacdan çox istifadə etmək, israf isə pis istifadə etmək deməkdir. Məsələn, ziyafətə gedənlər boşqabını doldurub yarısını yeyib, yarısını atırlar. Odur ki, israfçılıq mənim doyduğum, amma yenə də yemək istədiyim yerdədir, bu israfçılıqdır.

4131684

captcha