«إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالنَّصَارَى وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ»
"İman gətirənlərdən (müsəlmanlardan), musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər” (Bəqərə, 62).
Allah bir daha hikmətdən bəhs edir və ilahi kəlamın ən mühüm mesajını və ruhunu ifadə etməklə bəşəriyyətin dünya və axirətdə nicatının nə olduğunu xatırladır. Söz budur ki, nicat üç cövhərdədir ki, kim onlara çatarsa, qorxu və qəmdən azad olar; Bu o deməkdir ki, o, gələcək üçün narahat olmayacaq. Keçmiş iş və hadisələrə görə kədərlənməyəcək. Bu, ilahi övliyaların sahib olduğu məqamdır ki, buyurur:
«أَلَا إِنَّ أَوْلِيَاءَ اللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ»
"Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər" (Yunus 62).
O üç cövhərdən birincisi dünyanın bir yaradıcısı, tərtibçisi, memarı olduğuna, dünyanın bütün möcüzələrinin ondan olduğuna, elm, zəka, zəriflik və gözəllik əsərlərinin onlarda açıq-aşkar göründüyünə inamdır. Aləmdəki bu qədər nizam-intizamın təsadüfi və heç bir iradə və şüur olmadan var olması ağıldan uzaqdır.
İkinci qiymətli cövhər, ruhun əbədiliyinə, mükafat və cəza gününə inamdır. Biz ölümsüzlük üçün yaradılmışıq. Ölüm əslində bir varlığın bir səviyyəsindən daha yüksək bir səviyyəsinə keçiddir. Həyatımızın bir məqsədi var. Həyatımızın hekayəsi belə bitmir, amma bu dünyada davranış və hərəkətlərimizin bir hesabı var və qarşımızda duran saysız-hesabsız aləmlərdə təsirli olur.
Belə deyil ki, hər kəs hər hansı bir haqsızlıq və sui-istifadə edib, dünyadan qaçsın və heç bir cəza çəkməsin.
Üçüncü cövhər ilk iki prinsipə olan imanın nəticəsidir. İnsan Allahın olduğunu və qiyamətin olduğunu bildiyi zaman yaxşı əməllərdən başqa heç bir rəftar etməz. Çünki onlar bilirlər ki, dünyanı yaradan Allah yaxşı və pis əməlləri qarşılıqsız qoymur. Nə yaxşı olar ki, yaxşı iş görüb və mükafat alsın.
Aydındır ki, bu ayədə qeyd olunan yaxşı və saleh əməl heç bir xüsusi dinin dini adət-ənənələri və ayinləri ilə bağlı deyil. Çünki əgər hər bir dinin zahiri öhdəlikləri saleh əməlin tərkib hissəsidirsə, müxtəlif dinlər bu öhdəliklərdə fərqli olduqları üçün onlardan heç biri saleh əməl edə bilməz. Buna görə də saleh əməl bütün insanlar tərəfindən təriflənir və hamı bir-birindən bu işləri etməsini gözləyir.
Bu işlərdən ən mühümləri sədaqətli olmaq, doğruluq, ədalət, əhdə vəfa, xalqa xidmət, ədalət, xeyirxahlıq, insaf, xoş xasiyyət və alicənablıqdır.
Odur ki, kim hər hansı bir dinin ardıcılı olsa, həqiqətən Allaha və axirət gününə iman gətirsə və saleh əməllər etsə, nicat tapar. Bu üç əsasa əməl olunmazsa, hər hansı bir dinin zahirinə riayət etmək insanı xilas edə bilməz.
Allah Rəsulunun (s) dediyi “Mən əxlaqi fəzilətləri kamilləşdirmək üçün göndərildim” sözü də bu ayənin məzmunu ilə uyğun gəlir.
* Ustad Hüseyn Mühyiddin İlahi Qumşeyi tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.
4113055