IQNA

Peyğəmbərlərin tərbiyə üsulu; İbrahim (ə) / 7

Həzrət İbrahimin (ə) doğru yola dəvət etməsi

9:19 - June 21, 2023
Xəbər sayı: 3494360
TEHRAN (IQNA) - Bəzi tərbiyə üsulları ilahi peyğəmbərlər arasında geniş yayılmışdır ki, bu üsullar arasında dözümlülük üsulunu qeyd etmək olar. İnsanları tərbiyə etmək üçün mövcud olan dözümlülük qabiliyyəti sərt davranışda yoxdur. Bu səbəbdən dözümlülük metodundan istifadə etməkdə peyğəmbərlərin yolunu öyrənmək xüsusi əhəmiyyət kəsb edir.

İnsanı tərbiyə edən, mənəvi cəhətdən hazırlayan üsullardan biri də dözümlülük və yola getmək üsuludur. Dözümlülük insanın mülayim rəftardan istifadə etməklə öz işlərini həyata keçirə bilməsi deməkdir. Bu üsul insan tərbiyəsində o qədər təsirlidir ki, belə demək olar: Bu üsuldan istifadə etməklə hər kəs öz rəqibini razı sala, razılaşanını isə dosta çevirə bilər. Əgər müəllim və tərbiyəçi yersiz sərt və kobud rəftar etmək istəsə, təbiidir ki, şagird və ya ümumi camaat məyus olacaq, o peyğəmbər və ya müəllimə tabe olmayacaq. Ona görə də mülayim rəftar əxlaqi işlərin prinsip və əsaslarından biridir.

Həzrət İbrahim (ə) ilk peyğəmbərlərdən biri kimi dözümlülük üsulundan istifadə etmişdir. Allah Quranda bu hissələrdən bəzilərini qeyd etmişdir. Məsələn: Naməlum qonaqlar həzrət İbrahimin (ə) evinə gedəndə, İbrahim onlarla tanış olduqdan sonra, Həzrət İbrahim (ə) başa düşür ki, bu qonaqların Lut (ə) qövmünün yanına gedib onlara əzab vermək vəzifəsi var. İbrahim (ə) onlarla mübahisə edər. (Mümkün olsa, Lutun qövmü əzaba düçar olmasın).

  "İbrahimin qorxusu çəkildikdə və ona (İshaqın doğulacağı haqqında) müjdə gəldikdə Lut tayfası barəsində Bizimlə (mələklərimizlə) mübahisə etməyə başladı. (Əzabın onlardan dəf edilməsini istədi)" (Hud, 74).

Həzrət İbrahimin (ə) bu arqumenti Lut qövmünü müdafiə etmək və ya Allahın əmrinə qarşı çıxmaq deyildi. Lakin sonrakı ayədən belə çıxır ki, İbrahim çox mehriban idi və o, Lut qövmünün etdiklərinə görə tövbə edəcəklərini və qəflət yuxusundan ayılacaqlarını güman edirdi. Buna görə də Allahın göndərdiyi qonaqlarla mübahisə edir. Əvvəlki ayənin davamında Hud surəsinin 75-ci ayəsi də eyni mətləbə işarə edir: “Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb-yaxaran və özünü tamamilə (Allaha) təslim etmiş bir kimsə idi. (İbrahimin mələklərlə mübahisəsi onun bu yüksək keyfiyyətlərindən irəli gəlirdi)” (Hud, 75).

“Həcc” surəsinin digər ayələrində Allah bütün müsəlmanları İbrahimin (ə) dininə tabe olmağa məcbur edir və onun dinini asan bir din kimi tanıtdırır: "(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı -atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları haqda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!" (Həcc, 78).

Buna görə də, İbrahim Xəlilur-Rəhman (ə) həm əməli yollarında (Lutun qövmü haqqında mübahisədə), həm də dini və ayinlərində (Həcc surəsinin 78-ci ayəsini nəzərdə tutur) həmişə dözümlülük rəftarı göstərmiş və Allah tərəfindən bir müəllim olduğu üçün o, öz ardıcıllarını Allahın dinindən soyutmaz və onlara asan tutar.

captcha