
"Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə) tabe olan kəsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!" (Nisa, 125).
Dinin dərəcələrini, dindarlığın mahiyyətini insana bundan daha incə, melodik və daha yaxşı kim tanıtdıra bilər? İnsan Allaha üz tutduqda dindarlığın həqiqətinə çatır. Necə ki, Həzrət İbrahim (ə) buyurur: "Mən üzümü göyləri və yeri yaradana çevirdim".
Allaha üz tutmaq insanın həyatında böyük bir hadisədir ki, onun sayəsində insan sıxıntıdan, dağınıqlıqdan xilas olur. İşinin yalnız bir nəfərlə olduğunu anlayır və özünü təklikdə bütün dünyaya bədəl olan bu insana təslim edir.
İnsan nəfsinə ibadətdən üz döndərib Allaha tərəf dönərək bütün qəlbini Onun məhəbbətinə təslim etdikdə, bu, onun müsəlmançılığının başlanğıcıdır. Üzünü gözəllik sahibinə tutub qəlbini ona əmanət etdikdə, o da gözəlliyə yaraşandan başqa heç bir şey etməz. O, İbrahimin (ə) ümmətinə və dininə tabe olur. Bu, elə dindarlıqdır ki, heç bir şəkildə haqq olmayana meyl , qalmışdı ki, onu icra etsin.
Hənif dinindən fərqli olaraq, batil və ədalətsizliyə həvəs göstərən bir yol var. Bu ayə dinindən, milliyyətindən asılı olmayaraq dünyanın bütün xeyirxah insanlarını dostluq və birliyə dəvət edir. Çünki onların hamısı İbrahim (ə) əxlaqını tapdıqda, Allah onları İbrahim kimi dost qəbul edir. Allahın dostluğundan gözəl nə xoşbəxtlik ola bilər?
* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.
4115203