Əldə edilməsi asan olmayan ən böyük fəzilətlərdən biri də qüdrət sahibi olanda bağışlamaq və intiqamdan əl çəkməkdir. Bu əxlaqi sifət mahiyyətcə yaxşı xüsusiyyət olmaqla yanaşı, İnsanlara təsiri baxımından intiqam almaqdan da üstündür. Çünki qisas insana zərəri qaytarmır, ancaq müvəqqəti bir həzzdir. Amma bağışlamaq insanın qabiliyyətini artırmaqla səbəb olur ki, insanı həyatda qarşılaşdığı heç bir sıxıntıdan əziyyət çəkməsin.
Bir çox insanlar kinlərini sinələrində gizlədirlər və daima düşmənə qalib gələcəkləri günü gözləyirlər ki, ondan dəfələrlə intiqam alsınlar. Nəinki bir pisliyə pislik etsinlər, hətta bir pisliyə çoxlu pisliklər etmək istəyirlər. Ən pisi burasındadır ki, bəzən bu çox çirkin sifətlə fəxr edirlər və deyirlər ki, düşməni məğlub edəndən sonra biz onunla belə etdik.
Allah Quranda Peyğəmbərinə əfv etməyi və bağışlamağı tövsiyə edir: “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (Əraf, 199). Bu, Allahın cəmiyyətin böyük bir rəhbəri kimi Peyğəmbərə (s) verdiyi üç əmrdir. Əfv və bağışlamağın vacibliyini göstərir. İlk əmrində bağışlanmağı tövsiyə edir. İkinci əmr, insanların qüdrətindən artıq onlardan bir şey istəməməyə işarə edir, Üçüncü sırada isə cahillərin narahatlığına əhəmiyyət verməməyi tövsiyə edir ki, bu da bir növ bağışlamaqdır.
Həqiqi rəhbərlər Allaha doğru getməkdə və cəmiyyəti islah etməkdə həmişə təəssübkeş və cahil insanlarla qarşılaşırlar. Onlara qarşı edilən hər cür təzyiq və təhqirlərə dözürlər. Yuxarıdakı ayədə və Quranın bir çox digər ayələrində deyilir ki, onlarla bəhs etməyin. Ən yaxşı yol onların işlərini görməzdən gəlmək və eşitməməkdir. Təcrübə göstərir ki, bu iş, onların qəzəb, paxıllıq və təəssüb atəşini oyatmaq və söndürmək üçün ən yaxşı yoldur.
Bir hədisdə qeyd olunur ki, yuxarıdakı ayə nazil olanda Peyğəmbər (s) Cəbrailə buyurdu: Bu ayənin mənası nədir? Həmçinin o, nə etməlidir? Cəbrayıl dedi: Bilmirəm Allahdan soruşmalıyam. Yenə qayıdıb dedi: "Allah sənə zülm edəni bağışlamağı, səni məhrum edəni bağışlamağı və səndən ayrılanla sevgi bağı qurmağı əmr edir".
Başqa bir ayədə Allah bağışlamağa sövq edir və buyurur ki, əgər Mənim (Allahım) tərəfimdən bağışlanmaq istəyirsənsə, bəndəmi də bağışlamalısan: “Əgət əfv etsəniz, və göz yumsanız və bağışlasanız (Allah da sizi bağışlayar) ki, şübhəsiz, Allah bağışlayan və rəhm edəndir” (Təğabun, 14).
Ailənin və cəmiyyətin mühitindən bağışlanma aradan qaldırılarsa və kim onun başına gələn hadisələrin qisasını almaq istəsə, cəmiyyətin mühiti heç kimin təhlükəsiz olmadığı yanan cəhənnəmə çevriləcək. Bunun nəticəsində də tezliklə ailələr dağılarlar.
Sözsüz ki, Quran əzab və zülmə dözməmək kimi məsələlərdən də bəhs etmişdir və bütün hallarda bağışlamağı tövsiyə etməmişdir.
Məkarim Şirazinin Qurani-Kərimdə Əxlaq Kitabından götürülmüşdür.