IQNA

İslamda xüms / 2

İqtisadiyyat və əxlaqın birləşməsi

15:47 - October 21, 2023
Xəbər sayı: 3494894
TEHRAN (İQNA) - İslamın üstünlüklərindən biri də budur ki, onun iqtisadiyyatı siyasət və din bir-birinə qarışdığı kimi əxlaq və duyğu ilə iç-içədir. Cümə namazı ibadət olsa da, həm də siyasi bir hərəkətdir. İslam dini, hətta cihad sahəsində də əxlaqi, emosional, ictimai və siyasi məsələlərə böyük əhəmiyyət verir.

İslam sistemində xalqla ilahi rəhbər arasındakı münasibət salam və sülh münasibətidir. Allah insanlardan Peyğəmbərimizə salam və ehtiram göndərməyi istəyir: “Əhzab” surəsinin 56-cı ayəsi: “Allah və mələklər Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat və salam göndərin”.

Həmçinin Allah Peyğəmbərə də göstəriş verir ki, zəkat verənlərə salam göndərsin: “(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) pak etmiş, təmizləmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir” (Tövbə, 103).

İslamda bayram deyilən günlərdə sevin və şadlıqdan əlavə, Qurban bayramında qurban ətinin paylanması ilə kasıblara xidmət etmək, Fitr bayramında isə acları fitrə və zəkatla doyurmaq vacibdir.

İslam o qədər əhatəli bir dindir ki, onda hətta yemək-içmək də şüurlu şəkildə qurulmuşdur. Quranda (kulu) “yeyin” kəlməsi müxtəlif əmrlərlə müşayiət olunur:

"Kulu....la tusrifu": “yeyin-için, amma israf etməyin” (Əraf 31).

"Kulu..... vəşkuru": “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin və Allaha şükür edin”; (Bəqərə, 172).

"Kulu….. vəməlu salihən": “Nemətlərdən yeyin-için və yaxşı əməllər edin” (Möminun, 51).

"Kulu….. ve la tətgav fihi: “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin, lakin tüğyan etməyin!” (Taha, 81).

"Kulu..... və atəv həqqəhu: “Yeyin və onun haqqını əda edin” (Ənam, 141).

"Kulu..... ətimu": "Yyeyin və sıxıntı içində olan yoxsulu yedizdirin" (Həcc, 28).

İslam arıya çiçəyin şirəsini sormağa ruhlandırdığı kimi, bal hazırlamağı da əmr edir. Çünki İslam təkcə yemək, içmək və yatmaqdan ibarət deyil. Əksinə, yemək, yedizdirmək, yaxşı işlər görmək və həddi aşmamaq haqqında düşünür. Hansı məktəb bu qədər əhatəliliyə diqqət yetirib?

Hər halda dünya vergi yığır, İslam da xüms və zəkat yığır. Amma bu kitabda İslam vergilərinin hesablanmasının dünyada yığılan bütün növ vergilərin hesablanmasından fərqli olduğunu və onun qanunlarının insan təfəkkürü ilə toxunub yaradıldığını göstərən bəzi məqamlara və incəliklərə rast gələcəksiniz. İslam qanunlarında bütün cəhətlər nəzərə alınıb;

Xums və zəkat hansı mal və gəlirdən alınmalıdır?

Xüms və zəkat nə qədər sərmayəyə şamil olur?

Xums və zəkat necə alınır, necə ödənilir və necə xərclənir?

Xums və zəkat miqdarının müəyyən edilməsində istifadə olunacaq əşyaları kim hesablayacaq, alıcı yoxsa ödəyici?

Xüms və zəkat verən şəxs hansı niyyət və məqsədlə verməlidir və alanda hansı xüsusiyyətlər olmalıdır?

İnsanları xüms və zəkat verməyə necə həvəsləndirə bilərik?

Xums və zəkat toplayanlar hansı xüsusiyyətlərə malik olmalıdırlar və insanlara necə çatmalı və onları islami vergiləri verməyə təşviq etməlidirlər?

Bu və buna bənzər bir çox suallar xumsu və zəkatı dünyada toplanan digər vergilərdən fərqləndirir. İslamda namaz, cihad, həcc, ailə quruluşu kimi məsələlər digər dinlərlə müqayisə olunarsa, İslam nizam-intizamının möcüzəsi üzə çıxar.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Xums" kitabından götürülmüşdür.
captcha