Bütün uğur qazanmış insanların ümumi xüsusiyyətlərindən biri işlərində davamlılıq və əzmkarlığın olmasıdır.
İstimrar, davamlılıq deməkdir və sözün özündən də göründüyü kimi, bir-birinin ardınca bir işi görmək deməkdir. Tərbiyə üsullarından biri də həmin işin davamlılığıdır.
İlahi elçilərin göndərilməsində məqsəd insanları doğru yola yönəltmək və maarifləndirmək olduğu üçün xəbərdarlıq və müjdə davamlı və vaxtında olmalıdır. Bəzən dəvət olunarsa, bəzən də olunmazsa, insanlar ona lazımi əhəmiyyət vermir və etinasız yanaşırlar. İlahi peyğəmbərlərin dəvətinin Allahın dəvəti və insanların kamilliyi və səadətinə xidmət etdiyi üçün qiymətlidir.
Nuh peyğəmbər (ə) Allahın elçisi vəzifəsini yerinə yetirərkən davamlılıq məsələsinə xüsusi önəm vermişdir.
Nuh peyğəmbər (ə) Ulul-əzm peyğəmbərlərindən biridir və yaş baxımından da ən böyük peyğəmbərlərdəndir. Onun qövmünü doğru yola yönəltmək üçün xüsusi səy göstərdiyi Quran ayələrində görünür.
"Nuh" surəsinin 5- dən 9-a qədər olan ayələrində oxuyuruq: “Nuh dedi: “Ey Rəbbim, mən ümmətimi gecə-gündüz haqqa dəvət etdim”.
"Lakin dəvətim onların (imandan) qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı."
"Sənin onları bağışlamağın üçün mən nə zaman onları (imana) dəvət etdimsə, onlar (dəvətimi eşitməsinlər deyə) barmaqlarını qulaqlarına tıxadılar, (məni görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular və təkəbbür göstərdilər".
"Sonra mən onları uca səslə (açıq-açığına haqqa) dəvət etdim".
"Daha sonra onlara (iman gətirmək lazım olduğunu) aşkar söylədim və gizli bildirdim".
Bu ayələr Nuhun insanları tərbiyə etməkdə israrlı və davamlı olmasını vurğulayır və onun gecə-gündüz açıq və gizli təbliğatını davam etdirməsinə işarə edir.