Fələstinə dəstək verən qeyri-hökumət təşkilatları və solçu siyasi partiyalardan bir qrup nümayişçi paytaxt Romada Filarete küçəsində yerləşən bir supermarketin qarşısına toplaşaraq, "İsraili boykot edin" və "Soyqırımı dayandırın" yazılı plakatlar açaraq boykot kampaniyası başladıblar .
Təxminən 100 nəfərlik qrup adından edilən çıxışlarda İsrailə dəstək verdiyi ifadə edilən bəzi transmilli şirkətlərin məhsul və xidmətlərinə, həmçinin İsrail məhsullarının boykot edilməsinə çağırış edilib.
Soyadını açıqlamayan qeyri-hökumət təşkilatının nümayəndəsi Beatrice, "Bu gün Qəzzada soyqırımda iştirak edən hər kəsə qarşı böyük bir boykot kampaniyası başlatmaq üçün buradayıq. Biz bilirik ki, transmilli şirkətlərin bununla bağlı birbaşa öhdəlikləri var”.
Tələbə Evo, Qəzzada dinc insanların qırğına məruz qaldığını da ifadə edərək, "Biz Fələstində baş verənlərin soyqırım olduğunu bildiyimiz üçün buradayıq. Bu, sosial media dövründə baş vermiş bir soyqırımdır və hökumətimizin, parlamentimizin və Avropa İttifaqının tam şərikliyi ilə baş verir. Bu gün biz böyük bir milli kampaniya keçiririk. Biz bilirik ki, bizim gələcək üçün tarixi missiyamız var".
Nümayişçilər bir müddət supermarketin qarşısında "Fələstinə azadlıq", "Sionist, terror dövləti İsrail", "İsrail get, Fələstin mənim torpağımdır", "Qatillər" və "İsraili boykot edirik" şüarları səsləndiriblər.
Fəallar boykot çağırışlarını gündəmə gətirmək üçün önümüzdəki həftələrdə İtaliyanın hər yerində tez-tez belə tədbirlər keçirəcəklərini bildiriblər.