Səhiyyə Nazirliyinin sözçüsü Əl-Qudra verdiyi yazılı açıqlamada, İsrail qüvvələrinin ətrafını hədəfə aldığı və hərəkət azadlığını məhdudlaşdıran Nasser Xəstəxanasında humanitar və tibbi vəziyyətin fəlakətli həddə çatdığını bildirib.
Xəstəxananın son dərəcə çətin şərtlər altında yüzdə 10 işçi tutumu ilə fəaliyyət göstərə biləcəyini ifadə edən Qudra, Nasser Tibb Kompleksindəki əməliyyat otaqlarında anesteziya dərmanları bitdi, xəstəxanada yemək qalmadı" dedi.
Xəstə və yaralılar üçün istifadə edilən ağrıkəsicilərin də bitdiyini bildirən Qudra, "Xəstəxanada yanacaq miqdarı 5 gündən az bir müddətə kifayət edəcək" dedi.
Əl-Qudra dəfələrlə sionist İsrailin 111 gündür hücumlarını həyata keçirdiyi Qəzza zolağında dərman və tibbi ləvazimat çatışmazlığına diqqət çəkib və xəstəxanalarda elektrik avadanlıqlarından istifadə üçün yanacağın çatdırılmasının vacibliyinə toxunub.
O, dəfələrlə İsrailin Qəzzanın şimal bölgələrindəki xəstəxanalara etdiyi kimi, Qəzzanın cənubundakı xəstəxanalara da eyni şeyi edəcəyindən narahat olduğunu bildirib.
Sionist rejim qüvvələri əvvəlcə Qəzza zolağının şimalında xəstəxanaların ətrafını bombalayıb, sonra birbaşa onları hədəfə alıb, mühasirəyə alıb, basqın edib, tibb işçiləri və xəstələri həbs ediblər.
İsrail qüvvələri həftənin əvvəlindən intensiv hava hücumları və artilleriya atəşi ilə Xan Yunis şəhərini və oradakı ətraf xəstəxanaları hədəfə alarkən, şəhərin cənub və qərb bölgələrində torpaq işğalını davam etdirirlər.