"İQNA", "Əl-Monitor"-a istinadən xəbər verir ki, Tunisin Cərbə adasında sadə bir evdə yaşayan Səid Əl-Baruni qədim əlyazmaları saxlamaq üçün texnologiya və süni intellektdən istifadə edir.
Kitabxanaçının 74 yaşı var və 1960-cı illərdə altı nəsil üçün ona təhvil verilən ailə kitabxanasının işini öz üzərinə götürür və kitabxanadakı əlyazmaların qorunması üçün əlindən gələni edir.
Bu kitabxanada müxtəlif mövzularda 1600-dən çox mətn və kitab var ki, onlardan ən qədimi eramızın 1357-ci ilinə aiddir.
Yazıçı və İslam eksperti Zuheyr Tiglet Fransa xəbər agentliyinə bildirib ki, bu əlyazmalar rəqəmsal mühitə köçürülməsi üçün tozdan təmizlənərək skan edilib.
Əl-Baruni deyir ki, bu gün qədim mətnləri qorumaq üçün yeganə həll yolu texnologiya və süni intellektdən istifadədir. Eyni şəkildə, o əlavə etdi ki, Cərbədəki bütün ailələrin kitabxanaları var və əlyazmaların əksəriyyəti ailə kitabxanalarında saxlanılır.
Qədim ərəb yazılarının bugünkü oxucular tərəfindən çətin oxunduğunu bildirən Əl-Baruni, qədim yazıları oxuyub sadələşdirən süni intellekt proqramı olan Zinki istifadə etməyə başladığını söylədi.
Londonda yaşayan tunisli proqram mühəndisi Feras b. Ubeydi, Zinki-ni qurdu və dedi ki, alət adi oxucunun oxuya bilmədiyi saysız-hesabsız əlyazmaları oxuya bilmək imkanı verir.
4219974