Hicri 10-cu ildə və Maidə surəsində nazil olan başqa bir ayə də "təbliğ" ayəsidir. Allahın Peyğəmbərinin (s) ilk və son Həcc səfərində bir müddət Məkkədə qalacağı gözlənilsə də, həcc ziyarətini başa vurduqdan dərhal sonra belə buyurdu: "Sabah əlillərdən başqa heç kim qalmamalıdı. Hər kəs təyin olunmuş vaxtda Qədir-Xuma getməlidir. Həmin səhər 120.000-dən çox olduğu təxmin edilən bir insan seli o Həzrətlə birlikdə getdi.
Qədir-Xum Cöhfədən üç mil aralıda yerləşir və böyük bir çuxur şəklində idi. Həzrət yolda hərəkət istiqamətini Qədirə doğru dəyişdi. Sonra bütün camaatın dayanmasını, qabaqda gedənlərin qayıtmasını və arxada olanların çatmasını əmr etdi ki, bütün camaat toplaşsın. Məhz bu zaman Cəbrayıl nazil olub bu ayəni (1) oxudu: “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz” (Maidə, 67). Allahın səni insanlardan qorunasl mövzusu Peyğəmbərin (s) hökmün elan edilməsindən və insanların narahatlığına işarə idi. Peyğəmbər (s) öz həyatından qorxmur, çünki Məkkə bütpərəstləri ilə bütün mübarizə zamanı və bütün hərbi müharibələrdə ürəyində zərrə qədər qorxu da olmayıb. İndi ömrünün sonunda və müsəlman cəmiyyətində mesaj çatdırmaqdan niyə narahat olmalıdır?
“Ya Əyyuvhər-Rəssul” ifadəsi Peyğəmbərə (s) çatdırır ki, indi risalətin mühün məsələsidir, yəni risalət vaxtı və sənin mesajını çatdırmağın vaxtıdır. “Əbliğ” ifadəsi əvəzinə "bəlliğ" ifaəsinin işlənməsi bunu çatdırır ki, onu qüdrət və əzəmətlə çatdır. “Ma unzilə" (biz nazil etdik) və “min rəbbik” təbiri vurğulayır ki, bu məsələ sənin tərəfindən deyil və Allahdan nazil olan vəhy mesajıdır. Xalqdan qorumaq vədi, bunu göstərir ki, bəlkə də Peyğəmbərin (s) narahatlığı ondan ibarətdir ki, camaat Peyğəmbərin (s) Onun adından bir fərman verdiyini və bunun ilahi bir əmr olmadığını güman edirdi.
“Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan” təbiri çox ağırdır. Bu o deməkdir ki, bu mesaj sənin risalətin zamanı bütün mesajlarla bərabər əhəmiyyət kəsb edir və bu mesaj insanlara çatmasa, sanki bütün mesajlar yox olacaq. Demir ki, sənin risalətin (rasalətək) baş tutmayıb, deyir ki, Allahın tapşırığı, yəni Allahın tapşırığı yerinə yetirilməyib deyir. Bütün bunlar təhdid edir və təsəlli verir ki, mesajın məzmunu əsas məsələ olmalıdır və məsələnin rədd edilməsi kiçik məsələ deyil. Həm də bu mesaj tövhid, peyğəmbərlik və məad haqqında ola bilməz, çünki ömrünün sonunda bu qədər tövsiyəyə ehtiyac yoxdu. Peyğəmbərin (s) şərəfli həyatının sonunda nazil olmuş bu mühüm xəbərin məzmunu nədir?
Təvatur həddində olan yüzlərlə rəvayətlər göstərir ki, Allah Peyğəmbəri (s) dəvələrin yəhərlərindən düzəldilmiş minbərdə dayanıb çoxlu səhabə arasında uzun xütbə oxuyur. Xəbər bu idi ki, Peyğəmbər (s) öz vəfatını elan etdi və özü haqqında müsəlmanların fikrini soruşdu. Hər kəs onun böyüklüyünə, xidməti və missiyasına ən yüksək səviyyədə etiraf etdi. Səsinin bütün xalqa, dörd istiqamətdən çatacağına əmin olduqdan sonra gələcəklə bağlı mühüm mesajını bildirdi və buyurdu: “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" və bununla da Əmirəl-möminin Əlinin (ə) vilayətini açıq-aydın bəyan edir.
Bu rəvayətlər dəlalət edir ki, Peyğəmbər (s) öz əmisi oğlunu və kürəkənini bu vəzifəyə təyin etsə, məsxərəyə qoyulacağından narahat idi. Əlbəttə ki, Peyğəmbərin (s) vəfatından sonra Həzrət Zəhra (s) insanların evlərinin qapısına gedər və deyərdi: “Məgər Allah Rəsulunun (s) Qədir-Xumda dediklərini eşitmədinizmi?" Onlar deyirdilər: Biz Qədir-Xumda, uzaqda idik və Peyğəmbərin (s) səsini eşitmirdik.
(1) - 360-a yaxın sünni alimi bu ayənin Qədir-Xum günü nazil olmasını qəbul etmişlər: O cümlədən, Vahidi Əsbabun-Nuzul kitabında, səh 150-də (Qədir günü Əli bin Əbi Talib barədə nazil oldu), Süyuti "Əddürrül-Mənsur", 2-ci cild, səh 298-də (Qədir günü Əli bin Əbi Talib barədə nazil oldu), (Nişaburi təfsirində, cild 6, səh 194-də (bu ayə Həzrət Əlinin (ə) fəziləti barədə Qədir-Xum günündə nazil olub). Həmçinin Alusi öz təfsirində, cild 6, səh 176-da, Əl-Mənar, cild 6, səh 463, Bağdad tarixi, cild 8, səh 290, Tarix Yaqubi, 2-ci cild, səh 32, Şəblənci, Nurl-Əbsar, səh 75, Müsnəd Əhməd ibn Hənbəl, cild 4, səh 281, Xəsaisi Nəsai s. 22, Əqdul-Fərid, 3-cü hissə, səh 38, Əsafur-Rağbin, səh 151. Məsabihus-Sünnə, 2-ci cild, səh 220. Həliyyətul- Övliya, 4-cü hissə, səh 23, Nəsrul-Ləyali, s. 166, Tarixi Bağdadi, Xətib Nişaburi, 7-ci cild, səh 377, Tirmizi, “Səhih”, 2-ci cild, səh 297, İbn Kəsir Bidayə Vən-Nəhayə, cild 5.