Qurani-Kərim əhdi pozan və həddi aşmış yəhudi qrupunu onların mötədil dəstəsindən ayırır (Maidə, 66) və birinci dəstəni təlimləri və həqiqətləri təhrif edən, saxtalaşdıran insanlar kimi təqdim edir. Bu səbəblə heç kim tarixi hekayələrdə onların qeydlərinə etibar edə bilməz; çünki onların təhrif etməkdən heç bir qorxusu yoxdur və bu qədim vərdiş qiymətli elmin itirilməsinə səbəb olub: “Həqiqətən Biz İsrail övladlarına kitab (Tövrat, İncil, Zəbur və səhifələri), hökm (hikmət, hökm çıxarmaq və hakimiyyət) və peyğəmbərlik verdik, onlara (bildirçin əti, qüvvət halvası və göydən göndərilmiş süfrə kimi) pak şeylərdən ruzi verdik və onları (zəmanələrində olan) aləmdəkilərdən üstün etdik” (Maidə, 13(.
Allah onlara bir kitab, peyğəmbərlik və açıq-aydın dəlillər göndərdi, lakin elm və bilik əldə etdikdən sonra paxıllıq və üstünlük axtarmaq ucbatından ixtilafa düşdülər: "Həqiqətən Biz İsrail övladlarına kitab (Tövrat, İncil, Zəbur və səhifələri), hökm (hikmət, hökm çıxarmaq və hakimiyyət) və peyğəmbərlik verdik, onlara (bildirçin əti, qüvvət halvası və göydən göndərilmiş süfrə kimi) pak şeylərdən ruzi verdik və onları (zəmanələrində olan) aləmdəkilərdən üstün etdik". "Həmçinin onlara (dinlərinin) iş(i) barəsində aydın dəlillər verdik (ki, onun əsasları və qollarında qaranlıq bir nöqtə qalmasın). Beləliklə onlar yalnız (məsələnin həqiqəti barəsində) özlərinə elm yetişdikdən sonra (ancaq) aralarındakı həsəd, həddi aşmaq və təkəbbür üzündən ixtilafa düçar oldular. Həqiqətən sənin Rəbbin Qiyamət günü onların arasında barəsində ixtilafa düçar olduqları bütün şeylər barəsində hökm çıxaracaqdır" (Casiyə, 16 və 17).
Ümumiyyətlə, Tövrat şifahi və mənəvi olaraq iki şəkildə təhrif edilmişdir. Şifahi təhrif, sözlərin azaldılması, əlavə edilməsi və dəyişdirilməsi ilə, mənəvi təhrif isə əslində Tövratın yanlış təfsir edilməsidir. "Həmçinin onlara (dinlərinin) iş(i) barəsində aydın dəlillər verdik (ki, onun əsasları və qollarında qaranlıq bir nöqtə qalmasın). Beləliklə onlar yalnız (məsələnin həqiqəti barəsində) özlərinə elm yetişdikdən sonra (ancaq) aralarındakı həsəd, həddi aşmaq və təkəbbür üzündən ixtilafa düçar oldular. Həqiqətən sənin Rəbbin Qiyamət günü onların arasında barəsində ixtilafa düçar olduqları bütün şeylər barəsində hökm çıxaracaqdır" (Maidə, 41).
Müsəlmanların dini məsələləri yəhudilərin manipulyasiyalarından xaric deyildi. İsrailiyyatın on dörd əsr ərzində İslam mədəniyyətinə nüfuzu düşüncə, yazılar təfsir, tarix, ilahiyyat və fiqh sahələrində dərin iz buraxa bilmişdir. Abdullah ibn Salam yəhudi mədəniyyətinin müsəlmanlar arasında yayılmasında fəallıq göstərən ilk şəxslərdən biridir. Vəhhab İbn Mənbə keçmişin xəbərlərində əli olan, İslam cəmiyyətində yalan məlumatlar yayanlardan idi. Kəbul-Əhbar, Peyğəmbərdən (s) sonra İslamı qəbul edən, yəhudi kitablarından və Təlmud hekayətlərindən əsassız iqtibasları ilə hədis aləmini çirkləndirən və bu yolla İslam mədəniyyətinə ölümcül zərbə vuran Yəmən yəhudilərindən biri idi.