IQNA

İlahi peyğəmbərlərlə tanışlıq 2

İdris

16:19 - August 03, 2024
Xəbər sayı: 3496459
İQNA - İdris, Adəmlə Nuhun arasındakı dövrdə bir peyğəmbər idi. O, Adəmin yerə enməsindən 830 il sonra dünyaya gəlib. O, Misirin Mənəf şəhərində anadan olub. İdrisin adı Quranda iki dəfə çəkilir.

İdris, Adəmlə Nuhun arasındakı dövrdə bir peyğəmbər idi. O, Adəmin yerə enməsindən 830 il sonra dünyaya gəlib. O, Misirin Mənəf şəhərində anadan olub. İdrisin adı Quranda iki dəfə çəkilir. Bir dəfə Məryəm surəsində gəlib: “Və bu kitabda (Nuhun ikinci babası) İdrisi xatırla ki, o, çox doğruçu və peyğəmbər idi” (Məryəm, 56). Digəri isə "Ənbiya" surəsində onun adı qeyd olunub: "Həmçinin İsmaili, İdrisi və Zəlkifli (İlyası yada sal) ki, onların hamısı səbrlilərdən idilər (peyğəmbərlik yükünün ağırlığına və onun gözəl icrasının və ümmətin tərbiyə edilməsinin çətinliklərinə dözürdülər)" (Ənbiya, 85). “İdris” ərəb sözü olub, "dərəs" sözündən alınıb, “çoxlu elm” mənasını verir. Onun İdris adlandırılmasının səbəbi elm və əməlinin çoxluğu, təhsildə əzmkarlığıdır. İlahi qanunlar və İslam adət-ənənələrini çox öyrəndiyi üçün ona İdris adı verildiyi də deyilir. İdrisin adı yunanca "termis", ibranicə "xənu" və ərəbcə "əxnu"dur. Həmçinin Allah onu Quranda "İdris" adlandırmışdır. Bəzən ona “Muslisun-Nəim” və ya “Muslisul-Hikmət” deyirdilər ki, bu da onun şah nemətlərinə, hikmətə və peyğəmbərliyə malik olması deməkdir. O, həmçinin "Həris" və "Urai Sevvom" ləqəbləri ilə də tanınıb.
İdris xəttatlıqla, insanlara elm öyrətmək və dərs verməklə yanaşı, paltar tikən ilk şəxsdir. Bundan əvvəl insanlar özlərini örtmək üçün heyvan dərilərindən istifadə edirdilər. Həmçinin o, insanlara rəsm çəkməyi, bina tikməyi öyrətdi və tələbələrinin köməyi ilə bir çox şəhərlər saldı. İdrisin dövrü elm və mədəniyyətdən uzaq idi. Ulduzların və səma cisimlərinin hərəkətindən bəhs edən və təbabətin əsasını qoyan ilk şəxs olduğu kimi, elm və texnikanı bərqərar etmək və müxtəlif elmlər öyrətmək Allah tərəfindən ona tapşırılmışdır. Qələmlə yazan ilk şəxs idi. O, hikməti deyən və astronomiyanı öyrədən ilk şəxs idi. İdris adının elmdə yenilik təcəssümü olaraq ölməzliyi və əzəməti, qələm əhlinin ona ehtiram bəsləməsi və hər bir elmin əsaslarının ona yetişməsi onun ən qədim rəhbərlərdən biri olduğunu bə insan düşüncələrini müxtəlif elmlər, dəqiq və əsaslandırıcı biliklərlə tanış etdiyini göstərir.
İdris, insanları tövhidə və Allaha ibadətə dəvət etdikdən sonra digər peyğəmbərlər kimi cəmiyyəti islah etməyə, insanların problemlərini aradan qaldırmağa çalışmış, cəmiyyətdə daim fəal olmuş, onlara kömək etmiş və yol göstərmişdir. Məsələn, İdris Misirdə olarkən insanları Allaha itaətə və pislikdən uzaq olmağa çağırmışdır. O, bir çox dillərə yiyələnmiş olduğu üçün bu dillərdən dəvət yolunda istifadə etmiş və hər ölkənin xalqı ilə öz dilində danışmışdır. O, həmçinin onlara siyasət öyrətdi və hər ölkədə hər bir xalq üçün düzgün ədəb-ərkan yaratdı.

captcha