Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, Sionist rejim ordusunun Qəzza zolağına davamlı hücumları ilə bağlı məlumat verilib. Sionist rejimin 7 oktyabrdan bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayısının 40 min 74-ə, yaralı sayısının isə 92 min 537-yə yüksəldiyi bildirilib.
Açıqlamaya görə, İsrail ordusu son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlarda "5 qətliam" həyata keçirib, bu hücumlarda 69 fələstinli daha şəhid olub, 136 fələstinli isə yaralanıb.
Açıqlamada, həmçinin hələ də dağıntılar altında və yol kənarlarında cəsədlərin olduğu, lakin İsrail qüvvələrinin maneələri səbəbindən tibb işçiləri və mülki müdafiəçilərin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.