IQNA

Quranda Ərbəin / 3

Ərbəin, insanın keyfiyyətcə inkişafında təsirlidir

1:33 - August 31, 2024
Xəbər sayı: 3496590
“İQNA - Ərbəin” kəlməsi kəmiyyət olsa da, bir çox dini və rəvayət mətnlərində, xüsusən də islam irfanında insanın sifətləri və batini səfəri ilə bağlı qeyd edilir.

“Ərbəin” səmavi rəqəmdir ki, hədis və ayələrdə istifadə olunması onda çoxlu sirlərin gizləndiyini göstərir. Peyğəmbərlər və övliyalar həmişə Ərbəin ənənəsinə hörmətlə yanaşmış, Ərbəin anlayışı ilə çoxlu əsərlər qoyub getmişlər.
Əslində, “Ərbəin” kəlməsi say və kəmiyyətdən olsa da, İslam irfanında keyfiyyətlərlə bağlı qeyd edilmiş, Ərbəin və Ərbəiniyyətlə bağlı rəvayətlər daha çox batini səfər və ruhi yüksəlişlə bağlıdır. Allahın peyğəmbərlərinin əksəriyyəti, o cümlədən Həzrət Muhəmməd (s) qırx yaşında elçi olaraq göndərilmişdir. Bəlkə də səbəb odur ki, insan qırx yaşına qədər mənəvi və ruhi kamillik fonunda olur, amma ondan sonra bu, çətinləşir.
Ərbəinin dördüncü istifadəsi (Bəqərə surəsinin 51-ci ayəsində Musa peyğəmbərin (ə) miqatına və Maidə surəsinin 26-cı ayəsində İsrail övladlarının qırx illik sərgərdanlığı kontekstinə işarə edir) Bəşəriyyətin inkişafı kontekstində gəlib: "Biz insana ata-anasına (xüsusilə anaya) yaxşılıq etməsini tövsiyə etdik. Çünki anası onu(n vücud yükünü) çətinliklə daşıyıb və əziyyətlə yerə qoyub. Onun (ana bətnində) daşınması və süddən ayrılması (ana bətnində qalması ilə süd əmmə müddəti üst-üstə) otuz aydır (ki, bu ən qısa hamiləlik müddəti olan altı ay ilə ən çox süd vermək müddəti yəni iki ilin cəmidir və yaxud ən çox hamiləlik müddəti olan bir il ilə ən az süd vermək müddəti on səkkiz ayın hasilidir). Nəhayət o, öz (cisim və ağıl) qüvvəsinin kamal həddinə və qırx yaşına çatanda deyər: Ey Rəbbim! Məni ilhamlandır və müvəffəq et ki, mənə və ata-anama verdiyin nemətin şükrünü yerinə yetirim və Sənin razı qaldığın saleh əməllər edim" (Əhqaf, 15(.
Bu ayədə insanın cənin və körpəlikdən qırx yaşına kimi inkişaf mərhələləri qeyd olunur. 40 yaşı ifadəsi göstərir ki, bu yaş zəkanın kamillik nöqtəsi və insanın qabiliyyət və böyüməsinin zirvəsidir.
Həzrət Peyğəmbərdən (s) rəvayət olunur: "Qəlb insanın şəxsiyyəti və danışan ruhu mənasındadır; yəni, o kəs ki, özünü və bütün əməllərini qırx gün Allah üçün xalis edərsə (hətta təriflərini), Uca Allah hikmət qaynaqlarını onun qəlbindən dilinə tökər; Yəni, bu ixlaslı rəftar insanın qəlbinə qırx gecə-gündüz təsir edir və batini maarifin dərk edilməsinə səbəb olur.

Teqlər: Ərbəin ، insan ، İslam ، peyğəmbər
captcha