IQNA

Fərdi əxlaq / Dilin zərərləri 8

Töhmət vurmaq 1

22:05 - October 15, 2024
Xəbər sayı: 3496867
İQNA – "Vəhm" kökündən olan “töhmət” insanın qəlbinə girmiş pis bir şübhəni ifadə etmək deməkdir. Hər davranış iki şəkildə şərh edilə bilər; yaxşı fikrə düşmək və pis fikrə düşmək. Töhmət vurmaqda insan başqasının davranışı, danışığı və ya halı haqqında pis fikrə düşür.

Quranda bəhs edilən əxlaqi pisliklərdən biri də “töhmət” vurmaqdır. Müşriklərin Peyğəmbərə (s) vurduqları töhmətlər, dəfələrlə Allahın cavabı ilə qarşılaşıb: “Allaha yalandan iftira atan şəxsdən daha zalım kim var?" (Ənam, 21). Həmçinin "ifk" kimi ayələrdə buyurur: "Şübhəsiz, o böyük böhtanı (Peyğəmbərin (s) zövcələrindən birinə pis iş isnad vermək böhtanını araya) gətirənlər siz(in özünüz)dən olan mütəşəkkil və yekdil bir dəstədirlər. Onu öz ziyanınıza saymayın, əksinə, o sizin xeyrinizədir. (Çünki o, pakların bəraət qazanmalarına və yalançı və münafiqlərin rüsvay olmalarına səbəb olur.) Onların hər biri üçün qazandığı günahın cəzası vardır. Onlardan bu böhtanın əsas hissəsini öhdəsinə götürən (onu yaymaqla daha çox məşğul olan və daha çox etiraz edən) kəs üçün isə böyük bir əzab vardır". "Nə üçün onu eşidəndə (sizdən olan) mömin kişi və qadınlar bir-birləri barəsində yaxşı gümanda olmadılar və «bu aşkar bir böhtandır» demədilər?!" (Nur/11-12).
"Vəhm" kökündən olan “töhmət” insanın qəlbinə girmiş pis bir şübhəni ifadə etmək deməkdir. Hər davranış iki şəkildə şərh edilə bilər; yaxşı fikrə düşmək və pis fikrə düşmək. Töhmət vurmaqda insan başqasının davranışı, danışığı və ya halı haqqında pis fikrə düşür. Bu düşüncə bəzən davranışın özünə qayıdır, o mənada ki, davranışın özü pis və bəyənilməyən hesab edilir, bəzən də davranışın özü pis və bəyənilməyən deyil, amma həmin davranışdan bəyənilməyən xüsusiyyətlər istifadə olunur. Ona görə də bəzən “töhmət” vurmaq bir əməl və davranışın pisliyi ilə bağlı olur, bəzən də əməl və davranış insana hansısa daxili pisliklər aid etmək üçün körpü kimi istifadə olunur.
Töhmət vurmağın sui-zənn və böhtanla yaxınlığı var. Əgər kimsə başqalarının davranışı, danışığı və ya əhvalı haqqında pis düşüncəyə düşərsə, lakin bu düşüncə yalnız daxildə gizlənirsə, o, “sui-zənn”ə və pis gümana mübtəla olur. Amma bəyənilməyən fikrini desə, onun davranışına “böhtan” deyilir. Lakin “töhmət” və “böhtan” arasındakı fərqdə demək lazımdır ki, “böhtan”da insan bilir ki, ona haqsız rəftar edən şəxs heç bir pis iş görməyib; Amma düşmənçilik, kin və paxıllıq kimi nəfsani məqsəd və istəklərinə görə sifətlər və ya nalayiq davranışlar ona nisbət verilir. Lakin töhmətdə insan başqasının davranışı ilə bağlı öz düşüncəsini nəzərə alır və bu davranışın ondan gəlmədiyini bilməsə də onu ittiham edir.

Teqlər: dil ، əxlaq ، töhmət vurmaq ، quran
captcha