IQNA

Əlcəzairdə Quran tərcümələri ilə bağlı beynəlxalq konfrans keçirilir

6:16 - December 13, 2024
Xəbər sayı: 3497239
İQNA – Əlcəzairin Muaskər şəhərində Quran tərcümələri üzrə beynəlxalq konfrans keçirilir.

"Əl-itihad.com"-un verdiyu xəbərə görə, bu konfransda qədim irs və “Müasir Quran tərcümələri; tərcümənin proseduru, sirri və şərtləri ilə bağlı suallar” adı ilə Muaskər Mustafa İstanbululi Universitetinin Ədəbiyyat və Dillər Fakültəsinin səyləri ilə və Əlcəzair Ali İslam Şurası ilə birgə təşkil olunur.

Konfransda Əlcəzair universitetləri və Səudiyyə Ərəbistanı Kral Xalid Universiteti və Qahirədən Quran elmləri, ilahiyyat və ərəb dili üzrə ustad və ekspertlər iştirak edirlər.

Quranın keçmiş və sonrakı dövrdə tərcüməsinin nəzəri məsələləri, Quranın müasir üsulları və tərcüməsi, Quranın tərcüməsində araşdırılan təcrübələrə əsasən təsdiq edilmiş üsullar müzakirə olunur.

Konfrans Quran tərcümələri ilə bağlı məsələləri obyektiv müzakirə etmək, fikir mübadiləsi aparmaq və İslam irsindəki Quran tərcümələri ilə bağlı nəzəri tədqiqləri araşdırmaq məqsədi ilə keçirilir.

Konfransın digər məqsədlərinə tərcüməçilərin üzləşdiyi nəzəri maneələrin həlli yollarının təklif edilməsi, tərcümənin başa çatdırılması və həyata keçirilməsi şərtlərinin müəyyən edilməsi daxildir.

4253376

captcha