Çin İpək Yolu xəbər saytının verdiyi məlumata görə, o, 1913-cü ildə Çinin şərqindəki Şandun əyalətinin Cinan şəhərində yoxsul müsəlman ailəsinin övladı olaraq dünyaya gəlib.
İsmayıl Çanqda İslam Məktəbində İslam elmləri üzrə təhsil alıb. 1932-ci ildə təhsilini başa vurduqdan sonra məktəb tərəfindən Misirin Əl-Əzhər İslam Universitetinə göndərilir.
Əl-Əzhərdə təhsilini başa vurduqdan sonra ölkəsinə qayıtdı. Təhsil aldığı müddətdə Qurani-Kərimi çox sevirdi və mütəmadi olaraq Əl-Əzhər məscidinin qiraət məclislərində iştirak edirdi. O, həm də Quran oxuyub, oxuduqlarını lentə yazıb.
Çinə qayıtdıqdan sonra Çanqda İslam Məktəbində, daha sonra Pekində İslam İnstitutunda ərəb dilini tədris etməyə başladı.
O, həmçinin Çanqda İslam Məktəbi tərəfindən nəşr olunan Nəzarə əl-Hilal jurnalının baş redaktoru idi.
O, dərs dediyi müddətdə Çində ərəb dili təhsili kurikulumunda islahatların aparılmasını və ərəb dilini öyrənənlərdən ərəb qəzetlərini oxumağın tələb olunmasını istəyirdi.
O, 1953-cü ildən 1987-ci ildə təqaüdə çıxana qədər Pekin Universitetinin Şərq dilləri fakültəsində ərəb dili ustadı kimi dərs deyib.
O, müsəlman uşaq və gənclərin təhsilinə də önəm vermiş, onlara İslam elmlərinin əsas dərslərini ərəb və çin dillərində öyrətmişdir.
O, 1950-ci ildə Şanxaydakı Fuyulu məscidinə imam təyin edilib və üç il bu vəzifəni icra edib.
Məsciddə camaatla birlikdə namaz qılmaqla yanaşı, dini dərslər verir və Quran oxuyurdu.
Bu dövrdə o, ərəb dilində gündəlik yazıb, həmçinin müxtəlif xalqların və dinlərin 4 cildlik tarixini yazıb.
Pekin Universitetində verdiyi ərəb dili dərsləri ilə o, bir neçə il ərzində ərəb dili və mədəniyyəti sahəsində seçilən tələbələr nəslini Çin cəmiyyətinə təqdim etməyi bacardı.
Onun elmi əsərləri arasında ərəb-çin lüğətlərinin tərtibi, Həzrət Peyğəmbərin (s) “Sirə” kitabını və İbn Bətutanın “Səyahətnamə”sini saya bilərik.
80-ci illərdə İsmayıl Cinpinq Quranın Çincə tərcümələrini və məşhur ərəb təfsir kitablarını öyrənməyə başladı. Daha sonra Quranı Çin dilinə tərcümə etməyə başladı. Lakin səylərinin bəhrəsini görməzdən əvvəl, 2005-ci ildə, bu kitab nəşr olunmamış 88 yaşında Pekində vəfat etdi.
Cinpinin Quran tərcüməsi 2005-ci ildə Ningxia şəhərindəki Millətlər Nəşriyyatı tərəfindən nəşr edilib və 2016-cı ildə yenidən nəşr edilib.
4249987