IQNA

Qəzzada şəhid olanların sayı 46 876-ya yüksəlib

1:56 - January 18, 2025
Xəbər sayı: 3497450
İQNA - Soyqırımçı İsrailin 469 gündür hücumlarını davam etdirdiyi Qəzza zolağında ölənlərin sayının 46 min 876 nəfərə, yaralı sayının isə 110 min 642 nəfərə yüksəldiyi bildirilib.

Qəzza Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 469 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağında fələstinli ailələrə qarşı "dörd hücum" törətdiyi və bu hücumlarda 88 nəfərin həyatını itirdiyi bildirilib.

Açıqlamada İsrailin son gündə həyata keçirdiyi hücumlarda 189 fələstinlinin yaralandığı vurğulanıb.

Bildirilib ki, İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olanların sayı 46 min 876-ya, yaralıların sayı isə 110 min 642-yə yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarlarında hələ də cəsədlərin olduğu, lakin İsrail qüvvələrinin yaratdığı maneələr səbəbilə tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

captcha