Qəzzada atəşkəsin rəsmi başlanmasından dərhal sonra sionist rejim əsgərləri sülh prosesini pozaraq mülki insanları hədəfə alıblar.
İsrail rejimi atəşkəsə başladıqdan sonra Qəzzanın cənubundakı Rəfah şəhərini bombalayaraq onu pozub.
Sionist rejim ordusu Həmas-ın sionist məhbusların adlarını göndərmədiyi bəhanəsi ilə Qəzzanın şimalını bombalayıb.
Bu hücumlar nəticəsində sionist qüvvələrin açdığı atəş nəticəsində ən azı üç fələstinli şəhid olub.
"Əl-Cəzirə", sionist rejimin Şucayə məhəlləsini hədəf almasından sonra azı 5 şəhid və 20 yaralı olduğunu bildirib.
Ərəb mediası bildirib ki, Həmas və Qəzza zolağında sionist rejim arasında əldə olunan atəşkəs razılaşması rəsmən qüvvəyə minib.