IQNA

Qəzzada atəşkəs qüvvəyə mindi

1:39 - January 20, 2025
Xəbər sayı: 3497467
İQNA - Həmas və sionist rejim arasında atəşkəs razılaşması rəsmən qüvvəyə minib.

Ərəb mediası bildirib ki, Həmas və Qəzza zolağında sionist rejim arasında əldə olunan atəşkəs razılaşması rəsmən qüvvəyə minib.

Qəzza zolağında atəşkəsin ilk günündə baş verən ən mühüm hadisələr aşağıdakılardır:

“Sionist işğalçılar Qəzza zolağının cənubundakı Rəfah şəhəri və şimal bölgələrindən Qəzzanın şimal və şərqindəki sərhəd bölgələrinə çəkilmə prosesini başa çatdıracaq və bu bölgələrdə 700 metr uzaqlığında məskunlaşacaqlar.

Sionist hərbi qüvvələrin Qəzzada məskunlaşacağı məsafə düz sərhəd bölgələrinə qədər 1 kilometri keçəcək. Bu nöqtələrə Erez dəhlizi, Qəzzanın şimalındakı Beyt Lahiya, Şimali Netzarim xətti, Küveyt meydanının şərqi və Kesuvim dəhlizi daxildir.

Bundan əlavə, sionist əsgərlər Qəzzanın mərkəzində Netzarim xəttində və cənubda Filadelfiya dəhlizində qalacaq və heç kəsin Filadelfiya xəttinə 700 metr məsafədə yaxınlaşmasına icazə verilməyəcək.

Sionist döyüş təyyarələrinin Qəzzə üzərində uçuşu 12 saat müddətinə dayandırılacaq. Fələstinli qaçqınlar Rəfah şəhərinə qayıda bilərlər. Qəzzanın şimalını tərk edən fələstinlilər evlərinə qayıda bildiyi halda, cənub bölgələrinə sığınanlar hələlik şimaldakı evlərinə qayıda bilməyəcək.

Humanitar yardım gündə orta hesabla 600 yük maşını ilə Rəfah dəhlizinə daxil olmağa başlayacaq. Bu yardıma ərzaq məhsulları və xilasetmə avadanlıqları daxildir.

Məhkumların dəyişdirilməsi yerli vaxtla saat 16:00-da başlayacaq. Fələstinli qruplar 90 fələstinli əsir müqabilində 3 sionist məhbusu Qırmızı Xaç Cəmiyyətinə təhvil verəcəklər. Qırmızı Xaç Cəmiyyətinin təsdiqindən sonra sionist tərəf 90 fələstinli məhbusu bu quruma təhvil verəcək. Məhkumlar Aşkelondakı Şikma həbsxanasından və İordan çayının qərb sahilinin ortasında yerləşən Bituniyadakı Ofer həbsxanasından azad olunacaqlar”.

captcha