IQNA

Həcc məlumat mərkəzləri Quran tərcümələri ilə təchiz olunub

10:38 - May 13, 2025
Xəbər sayı: 3498175
İQNA - Səudiyyə rəsmiləri Məscidül-Həram ətrafında zəvvarlar üçün yüzdən çox məlumat mərkəzinin yaradılacağını və bu mərkəzlərdə Qurani-Kərimin müxtəlif dillərdə tərcümələrinin yer alacağını açıqlayıb.

“Tavasul News” saytının verdiyi məlumata görə, hər bir mərkəzdə beynəlxalq dillərə tərcümə edilmiş Qurani-Kərimlər, həmçinin hidayət, təbliğ, maarifləndirmə, həcc və ümrənin necə yerinə yetirilməsinə dair broşürlər, mötədil İslamı tanıdan bukletlər yerləşdiriləcək.

Məscidül-Həram və Məscidün-Nəbi Baş İdarəsi mayın 10-da bu kompleksin ilk mərkəzini açıb.

Bu dini mərkəz zəvvarlar və Məscidül-Həram ziyarətçiləri üçün çoxdilli xidmətlər göstərərək, onların həcc zamanı mənəvi təcrübələrini zənginləşdirməyə kömək edəcək.

Bu mərkəzlərdə müxtəlif dillərə tərcümə olunmuş həcc mərasimləri, təfsir və dualardan ibarət kitablar zəvvarlara paylanacaq.

Hərəmin Baş Müdirliyi builki Həcc mövsümündə zəvvarlara məlumat vermək üçün məsul olan marşrut və mərkəzləri onlara ən yaxşı xidməti göstərəcək şəkildə təchiz edib.

Bu çərçivədə Məscidül-Hərama ilk zəvvar karvanı Maleziyadan gəldi. Onlar hədiyyələr və qızılgüllərlə qarşılandılar.

Səudiyyə Ərəbistanında həcc rəsmiləri zəvvarların ən yaxşı şəkildə yerləşdirilməsi üçün fəaliyyətlərini gücləndirirlər.

Səudiyyə Ərəbistanı heç bir Səudiyyə vətəndaşının və ya xaricdən gələn şəxsin icazəsiz Həcc ziyarətinə gedə bilməyəcəyini vurğulayıb.

4281742

captcha