IQNA

“İmam Əli (ə) Hərəminin 14 əsrlik tarixi və memarlığı” kitabı təqdim olundu

4:09 - June 28, 2025
Xəbər sayı: 3498424
İQNA - Nəcəf şəhərində keçirilən seminar zamanı Müqəddəs İmam Əli (ə) hərəminin “İmam Əli (ə) Hərəminin 14 əsrlik tarixi və memarlığı” adlı kitabın təqdimatını keçirdi.

“İQNA”-nın xəbərinə görə, bu ərəb dilində nəşr olunmuş kitab “İmam Əli (ə) türbəsi – tarixi və tikintisinə baxış” adlı seminar çərçivəsində təqdim olundu. Seminara Müqəddəs İmam Əli (ə) hərəminin Fikri və Mədəni İşlər Şöbəsinə bağlı olan Xəzinədarlıq və Muzey bölməsi ev sahibliyi edib.

Kitabda İmam Əli (ə) hərəminin 14 əsrlik tarixi və memarlıq inkişafı sənədlərlə qeyd olunaraq izah edilib.

Bu barədə danışan Müqəddəs İmam Əli (ə) hərəminin Fikri və Mədəni İşlər Şöbəsinin rəisi Kərrar əl-Həllu deyib: “Müqəddəs İmam Əli (ə) hərəminin Həzrət Malik Əştər zalında, Rəvzətul-Heydəri kitabxanasında İmam Əli (ə) türbəsinin tarixi və memarlığına həsr olunmuş xüsusi elmi seminar təşkil etdi. Bu seminar hərəmin tarixi və memarlıq tərəfini izah etmək yönündə atılan səylər çərçivəsində həyata keçirildi.”

O əlavə edib: “Seminar zamanı Müqəddəs İmam Əli (ə) hərəminin yeni elmi nəşrlərindən biri olan bu kitab təqdim olundu ki, sözügedən kitab İmam Əli (ə) hərəminin tarix və memarlığını orijinal və sənədli şəkildə təqdim edir.”

İmam Əli (ə) hərəminin Tarixi Əsərlər və İrs Bölməsinin rəhbəri Əbdülhadi İbrahimi də seminarda çıxış edərək bildirdi: “Bu kitab İmam Əli (ə) şəhid olduğu dövrdən indiyədək, yəni 14 əsr boyunca İmam Əli (ə) hərəminin memarlıq baxımından keçdiyi əsas mərhələləri təhlil edir.”

O əlavə etdi: “Bu kitab ilk dəfə olaraq Həzrət Əlinin (ə) hərəminin həyətində qorunan və fars və türkcədən tərcümə edilmiş nadir sənədləri təqdim edir. Onun zəngin fəsilləri tarix və irs araşdırmaları ilə məşğul olan tədqiqatçılar üçün faydalı məlumatları əhatə edir.”

4290771

Teqlər: nəcəf ، İmam Əli ، seminar ، kitab
captcha