İQNA - Ərbəin mərasiminin yaxınlaşması ilə əlaqədar Kərbəlaya aparan yollar boyu zəvvarlara müxtəlif xidmət yerləri qurulub və bu xidmət yerləri zəvvarlara xidmət göstərməklə İraqda mənəvi və coşqulu bir ab-hava yaradıb.
“İQNA”-nın xəbərinə görə, Ərbəin, şiələrin üçüncü imamı, Həzrət Əli (ə) və Həzrət Fatimə (s.ə) övladı, Həzrət Məhəmmədin (s) nəvəsi olan İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günüdür və bu gün Kərbəla torpağında qeyd olunur.
Ərbəin günlərinə yaxın zamanlarda çoxsaylı şiə zəvvarlar İraqa səfər edir və bu münasibətlə İmam Hüseynin (ə) mübarək məqbərəsini ziyarət edirlər. Bu mərasim müəyyən zaman çərçivəsində dünyanın ən böyük piyada ziyarəti hesab olunur. Bu yürüşdə iştirak edənlərin sayı 45 milyondan çox olur.
Aşağıda İraqlı xidmət yerlərinin Ərbəin zəvvarlarına ev sahibliyini əks etdirən fotoları görə bilərsiniz:
4297161