IQNA

Ərbəin ziyarətinə gedən zəvvarlar üçün İraqda ödənişsiz onlayn yerləşdirmə rezervasiyası açılıb

13:22 - August 02, 2025
Xəbər sayı: 3498630
İQNA – “Müfid” tətbiqinin icraçı direktoru İmam Hüseynin (ə) Ərbəin mərasimi münasibətilə zəvvarlar üçün ödənişsiz onlayn yerləşdirmə xidmətinin istifadəyə verildiyini bildirib.

“İQNA”-nın İraqın rəsmi xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, “Müfid” tətbiqinin icraçı direktoru Məhəmməd Musəvi qeyd edib ki, bu təşəbbüs zəvvarların Ərbəin mərasimi zamanı yerləşmə işlərini asanlaşdırmaq, onların təhlükəsizliyi və rahatlığını artırmaq məqsədi daşıyır.

O bildirib: “Biz əvvəlki illərdə olduğu kimi zəvvarların ödənişsiz yerləşdirilməsi üçün təhlükəsiz və rahat bir mühit yaratmaq məqsədilə xalqın potensialı və texniki infrastrukturdan istifadə etməyə çalışmışıq. Bu təşəbbüs, zəvvarlara xidmət göstərmək üçün xalq tərəfindən həyata keçirilən ortaq bir fəaliyyətdir.”

Musəvi əlavə edib ki, bu insani xidmətin gündəlik yerləşdirmə gücü 75 min nəfər təşkil edir və bu xidmət çərçivəsində avtomatik tərcümə ilə dərhal mesajlaşma, altı beynəlxalq dili dəstəkləmə və 24 saat texniki dəstək kimi imkanlar təqdim olunur.

İndiyədək dünyanın 25-dən çox ölkəsindən istifadəçilər bu tətbiqə qeydiyyatdan keçiblər və İraqdakı ev sahiblərinin və iştirakçıların sayının bu ziyarət mövsümündə əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

“Müfid” tətbiqinin icraçı direktorunun sözlərinə görə, Ərbəin zəvvarları yerləşmə üçün aşağıdakı ünvana daxil olaraq rezervasiya edə bilərlər:

👉 https://trip.mofidapp.com

Həmçinin zəvvarlara yerləşmə xidməti göstərmək istəyən şəxslər öz evlərini və ya hüseyniyyələrini bu ünvandan qeydiyyatdan keçirə bilərlər:

👉 https://trip.mofidapp.com/ar/login?rd=/ar/hosts/create

4297626

Teqlər: kərbəla ، Ərbəin ، zəvvar ، İraq
captcha