IQNA

Kərbəla və Nəcəf Əşrəf Ərbəin münasibətilə bir həftəlik bağlanır

2:12 - August 08, 2025
Xəbər sayı: 3498662
İQNA – İmam Hüseynin (ə) Ərbəin mərasimlərinin yaxınlaşması münasibətilə İraqın Kərbəla və Nəcəf Əşrəf vilayətlərində bir həftəlik rəsmi tətil elan edilib.

İQNA xəbər verir ki, Kərbəla valisi Nəsif Casim əl-Xitabi bu vilayətdə rəsmi dairələrin avqustun 10-dan (bazar günü) etibarən Ərbəin münasibətilə fəaliyyətini dayandıracağını bildirib. Lakin bu qərar təhlükəsizlik və xidmət qurumlarına şamil olunmur.

Eyni zamanda, Nəcəf Əşrəf vilayətinin şura sədri Hüseyn əl-İsavi bu vilayətdə tətilin avqustun 8-dən (cümə axşamı) başlayaraq avqustun 14-dək davam edəcəyini açıqlayıb.

Əl-İsavi qeyd edib ki, bu qərarın məqsədi vilayət sakinlərinin Ərbəin mərasimlərində iştirakına şərait yaratmaq və zəvvarlara göstərilən xidmətləri gücləndirməkdir.

Əl-Fərat agentliyinin yaydığı məlumata görə, bu tətil də təhlükəsizlik və ictimai xidmətlərlə bağlı qurumlara şamil edilmir.

Ayətullahül-üzma Sistaninin ofisi tərəfindən yayılan bəyanatda isə Ərbəin gününün İraqda 15 avqust, cümə gününə təsadüf edəcəyi bildirilib.

4298527

Teqlər: Ərbəin ، İraq ، nəcəf
captcha