IQNA

Qum əyalətindən Ərbəin mərasimi üçün nəzərdə tutulan əzadarlıq çadırlarının 80 faizi Kərbəlaya göndərilib

7:22 - August 10, 2025
Xəbər sayı: 3498673
İQNA – Qum əyalətinin Ərbəin Qərargahının katibi Rza Şikarçi bildirib ki, Qumda hazırlanmış 146 əzadarlıq çadırından təxminən 80 faizi artıq sərhədi keçərək avadanlıqları ilə birlikdə İraqın ziyarət şəhərlərinə və Ərbəin ziyarət yoluna göndərilib.

İQNA-nın Qumdan verdiyi xəbərə görə, o, qeyd edib ki, bu il iyunda yaradılan Ərbəin Qərargahı 22 aktiv komitədən ibarətdir. Əsas istiqamətlər zəvvarların məskunlaşması və qidalanması, həmçinin zəvvar və əzadarlıq çadırlarının İraqa göndərilməsidir.

Şikarçi bildirib ki, ötən il Qumda bir ay ərzində 455 min zəvvar məskunlaşıb və bu il 10 faiz artım gözlənilir. Məskunlaşma əsasən Həzrət Məsumə (s.ə.) hərəmi, Müqəddəs Cəmkəran məscidi və Şahzadə Seyid Camaləddin (ə) türbəsi ətrafında təşkil olunub. Bundan əlavə, Təhsil Nazirliyinə aid 40 məktəb və “Beytül-Hüseyn” təşəbbüsü çərçivəsində könüllülər də zəvvarları qəbul edir.

Onun sözlərinə görə, bu günə qədər Qumdan təxminən 70 min zəvvar İraqa yola salınıb. Nəqliyyat üçün bütün tədbirlər görülüb, qonşu əyalətlər də dəstək verir.
4298937

Teqlər: qum ، Ərbəin ، kərbəla
captcha