İQNA – İraqdakı Milyonluq Ziyarət üzrə Ali Təhlükəsizlik Komitəsi Kərbəlaya səfər edən vətəndaşlara yalnız ictimai nəqliyyatdan istifadə etməyi, müqəddəs şəhərə şəxsi avtomobilləri ilə getməməyi tövsiyə edib.

Komitənin sözçüsü Miqdad Miri bildirib ki, şəhər çoxsaylı nəqliyyat vasitələrini qəbul etmək gücünə malik deyil.
O əlavə edib ki, bu addım yol hərəkətinin azaldılmasına, zəvvarların hərəkətinin rahat təmin olunmasına və nəticədə Ərbəin mərasiminin təhlükəsizlik və xidmət planının uğurla icrasına kömək edəcək.
Digər əlaqədar xəbərə görə, Nəcəf Əşrəf Əyalət Şurası Ərbəin mərasimi münasibətilə vilayətin bağlandığını elan edib və bildirib ki, bu məhdudiyyət təhlükəsizlik və xidmət qurumlarına şamil olunmur.
Nəcəf Əyalət Şurasının sədri Hüseyn əl-İssavi deyib ki, bu qərarın məqsədi Ərbəin mərasimində iştirak üçün imkan yaratmaq və zəvvarlara xidmət göstərilməsinə kömək etməkdir.
3494213