IQNA

İraq dini mərcəiyyəti Qəzzəyə yardım kampaniyasını dəstəkləyib

6:15 - August 15, 2025
Xəbər sayı: 3498692
İQNA – Həzrət İmam Hüseyn (ə) hərəmi “Ərbəin ziyarəti” kampaniyası çərçivəsində Fələstinə humanitar yardım göndərildiyini və bu təşəbbüsün İraqın ali dini mərcəi Ayətullah Seyyid Əli Sistani tərəfindən dəstəkləndiyini açıqlayıb.

İQNA-nın Əl-Fərat Nyuz-a istinadla verdiyi xəbərə görə, Həzrət İmam Hüseyn (ə) hərəmi cümə axşamı elan edib ki, “Ərbəin ziyarəti” kampaniyası çərçivəsində Qəzzə xalqına təcili humanitar yardımlar çatdırılır. Yardımların məqsədi Qəzzə sakinlərinin yaşadığı əzab və çətinlikləri azaltmaqdır.

Hərəmin Qəzzə zolağındakı heyət üzvü Məhəmməd Yusif bildirib: “Sionist işğalçıların tətbiq etdiyi aclıq siyasətinə qarşı mübarizə aparmaq üçün bu gün ‘Ərbəin ziyarəti’ kampaniyası çərçivəsində və Ayətullah Seyyid Əli Sistaninin dəstəyi ilə Qəzzənin şimalında mühasirədə olan əhaliyə ərzaq paylayırıq.”

O əlavə edib ki, bu yardım paylanması Həzrət İmam Hüseyn (ə) hərəminin səxavətli yardımları sayəsində həyata keçirilir.

4299970

Teqlər: Ərbəin ، qəzzə ، İraq
captcha