“Shiawaves.com”-un məlumatına görə, Şri-Lanka gömrük əməkdaşlarının tamil dilində Quran tərcümələrini qanunsuz olaraq müsadirə etməsi ölkədə geniş etiraz dalğasına səbəb olub.
Bu addım, Şri-Lankanın Konstitusiyasında təmin olunan din və etiqad azadlığının açıq-aşkar pozulması kimi qiymətləndirilir.
Müsəlman deputatlar hökuməti və müxalifəti dərhal müdaxilə edərək, keçən ilin 16 may tarixindən müsadirə olunmuş bu Quran nüsxələrinin azad edilməsini təmin etməyə çağırıblar.
Mütəxəssislərin fikrincə, bu hadisə Şri-Lanka cəmiyyətində narahatedici dini ayrı-seçkiliyin göstəricisidir.
Müsəlman deputatlar hökumətə ünvanladıqları sərt məktubda qeyd ediblər ki, Quran nüsxələrinin müsadirəsinin davam etdirilməsi Şri-Lanka müsəlmanlarının əsas hüquqlarının pozulması deməkdir.
Onlar həmçinin İslam nəşrlərini konstitusiyaya zidd və özbaşına şəkildə dəyərləndirən müvəqqəti komitənin ləğvini tələb ediblər.
4313147