IQNA

İndoneziyada 9-cu Qlobal Sülh Zirvəsi keçiriləcək

17:09 - November 09, 2025
Xəbər sayı: 3499177
İQNA - Bu il noyabrın 9-dan 11-dək İndoneziyanın paytaxtı Cakartada keçiriləcək zirvə toplantısında İslam Məzhəblərini yaxınlaşdırma Dünya Forumunun baş katibi hörmətli Höccətülislam vəl-müslimin Həmid Şəhriyari iştirak edəcək.

İslam Məzhəblərini yaxınlaşdırma Dünya Forumunun ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu zirvə Həmid Şəhriyari və dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlər, mütəfəkkirlər, siyasi və mədəni elita nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Toplantı çərçivəsində bir sıra ixtisaslaşmış sessiyalar təşkil olunacaq. Bu sessiyalarda “mötədil İslam” və “Tianxehua” (sülh və harmoniya mədəniyyəti) anlayışlarının qlobal əməkdaşlıqda rolu müzakirə ediləcək. Sessiyaların mövzularına aşağıdakılar daxildir:

Müsəlman qadınların şəxsiyyətinə dair xüsusi iclas,

Mötədil İslam və “sülh və harmoniya”nın qlobal əməkdaşlıqdakı rolu,

Mötədil İslam dünyagörüşü və onun qlobal sivilizasiya üçün əhəmiyyəti,

Mötədil İslam və “sülh və harmoniya” əsasında beynəlxalq əməkdaşlığın praktiki yollarının araşdırılması.

Bu zirvənin keçirilməsi sivilizasiyalararası dialoq, regional əməkdaşlıq və dünyada sülhün bərqərar olması üçün vahid platforma kimi mühüm addım hesab olunur.

4315636

Teqlər: sülh ، dünya ، indenoziya ، cakarta
captcha