IQNA

Dinin bir hissəsinə əməl edib digər hissəsini rədd etməyək

23:07 - December 21, 2025
Xəbər sayı: 3499444
İQNA – Həqiqi mömin ən çətin hökmlərdə belə təslim olandır. Dünya və axirət səadəti dinin bütün hökmlərini qəbul etməkdədir

Mütəal Allah bəşəri hidayət etmək üçün səmavi kitablar göndərib. Onların sonuncusu Qurandır. Allah-taala digər səmavi kitablarda olduğu kimi Quranda da bəndələrinə bir çox mesajlar verir. Bizim vəzifəmiz odur ki, ayələrdəki bu ilahi mesajları anlayıb və həyatımızda icra edək.

O ilahi mesajlardan biri də budur ki, dinin bir hissəsini qəbul edib digər hissəsini rədd etməməliyik. Necə ki, “Bəqərə” surəsinin 85-ci ayəsində oxuyuruq:

﴿أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ  فَمَا جَزَاءُ مَن يَفْعَلُ ذَٰلِكَ مِنكُمْ إِلَّا خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَىٰ أَشَدِّ الْعَذَابِ  وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ﴾

“Deməli siz kitabın (Tövratın hökmlərinin) bir hissəsinə iman gətirib, digər bir hissəsinə kafir olursunuz?! (Müharibə etmək və qovub-çıxarmağın haram olmasını rədd, öz dindaşlarınızın azad edilmələrinin vacibliyini isə qəbul edirsiniz?!) Buna görə də, sizdən belə iş görənlərin cəzası dünyada xarlıq və zillətdən başqa bir şey deyildir. Qiyamət günü isə (onlar) ən şiddətli bir əzaba tərəf qaytarılacaqlar. Allah, etdiklərinizdən xəbərsiz deyildir” (Bəqərə, 85).

Bu ayə göstərir ki, iman vahid və bütöv bir həqiqətdir. Dinin bir hissəsini qəbul edib digər hissəsini rədd etmək, əslində bütövlükdə dini inkar etmək deməkdir. Çünki belə bir halda itaətin meyarı Allah deyil, insanın şəxsi istək və mənafeləri olur.

Tarixi nümunə: Mənafeyə əsaslanan itaət

Bəni-İsrail Allahın bəzi hökmlərini açıq şəkildə pozurdu. Lakin əsirlərin fidyə verilib azad edilməsi hökmünə, öz mənafelərinə uyğun gəldiyi üçün, tam şəkildə əməl edirdilər. Qurani-Kərim bu davranışı belə təsvir edir:

﴿ثُمَّ أَنتُمْ هَٰؤُلَاءِ تَقْتُلُونَ أَنفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقًا مِّنكُم مِّن دِيَارِهِمْ… وَإِن يَأْتُوكُمْ أُسَارَىٰ تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ﴾

“(Lakin) yenə elə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni onlara qarşı bir-birinizə günah və itaətsizlik üzündən kömək etməklə öz yurdlarından (qovub) çıxaran və (bununla belə) onlar əsir halında sizin yanınıza gələndə fidyə verərək onları azad edən də elə sizsiniz, halbuki onları (müharibəyə) çıxartmaq sizə (elə əvvəldən) haram idi” (Bəqərə, 85).

Yəni: Allahın daha ağır və çətin hökmlərini tapdalayan bu insanlar, özlərinə fayda verən hökm qarşısında tam itaət göstərirdilər. Bu isə dinin hökmlərini seçərək dindarlıq etməyin mahiyyətini açıq şəkildə ortaya qoyur.

Quranda həqiqi imanın meyarı

Quran imanı şərtsiz və tam təslimiyyət kimi tanıdır, seçərək itaət kimi yox:

﴿فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا﴾

“Amma belə deyildir (onların imanları yoxdur). Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər” (Nisa, 65).

Bu ayəyə əsasən iman o zaman gerçəkləşir ki, insan:

İlahi hökmü qəbul etsin.

Daxilində narazılıq hiss etməsin.

Tam şəkildə təslim olsun.

Peyğəmbərin (s) baxışında möminlə münafiqin sərhədi

Allah Rəsulu (s) buyurur: «لَا يَكُونُ الْعَبْدُ مُؤْمِنًا حَتَّىٰ يَكُونَ هَوَاهُ تَبَعًا لِمَا جِئْتُ بِهِ»

“Bəndə o vaxt mömin sayılmaz ki, onun nəfsi istəkləri mənim gətirdiyim dinə tabe olmasın” (Biharül-ənvar, c. 67).

Deməli, həva və həvəs ilahi hökmün ölçüsünə çevrildikdə, iman zədələnir.

Əmirəl-mömininin Əli (ə) din lə bağlı xəbərdarlığı

İmam Əli (ə) buyurur:

«أَتَأْمُرُونِي أَنْ أَطْلُبَ النَّصْرَ بِالْجَوْرِ؟! وَاللَّهِ مَا أَطُورُ بِهِ مَا سَمَرَ سَمِيرٌ»

“Məndən istəyirsiniz ki, məqsədə çatmaq üçün zülm yoluna əl atım? Allaha and olsun, gecə-gündüz keçdiyi müddətcə belə bir iş görmərəm” (Nəhcül-bəlağə, xütbə 15).

Bu sözlər dinlə alver etməməyi və onun hökmlərini seçərək yaşamamağı bildirir.

Müasir dövrdə seçərək dindarlıq etmək nümunəsi

Məsələn, bir şəxs oruc tutur, çünki bədən sağlamlığı üçün faydalıdır. Amma hicabı, iqtisadi dürüstlüyü və ya sosial ədaləti qəbul etmir, çünki bunlar onun üçün çətinliyi var.

Belə bir insan əslində bu Qurani prinsipə zidd hərəkət etmiş olur:

﴿وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ ۗ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُبِينًا﴾

“Və heç bir mömin kişiyə və möminə qadına yaraşmaz və şər’ən caiz və əqlən rəva deyildir ki, Allah və Onun Rəsulu (onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar. Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə (asi olsa), şübhəsiz açıq-aşkar bir azğınlığa düşmüşdür” (Əhzab, 36).

Mömin üçün Allahın hökmü qarşısında seçim haqqı yoxdur.

Din: şəfa verən resept, yoxsa seçim menyusu?

İmam Sadiq (ə) buyurur: «مَنْ أَطَاعَ اللَّهَ فِي بَعْضٍ وَعَصَاهُ فِي بَعْضٍ فَلَيْسَ بِمُطِيعٍ»

“Allahın bəzi əmrlərinə itaət edib bəzilərinə qarşı çıxan şəxs, əslində Allaha itaət etmiş sayılmaz”. (əl-Kafi, c. 2)

Nəticə

-Qurana görə iman bölünməzdir

-Dini şəxsi mənafelərə görə seçmək – nifaq əlamətidir

-Həqiqi mömin ən çətin hökmlərdə belə təslim olandır

- Dünya və axirət səadəti dinin bütün hökmlərini qəbul etməkdədir

Teqlər: quran ، həqiqi iman ، mömin ، dindarlıq
captcha