“İQNA”-nın “Middle East News”-a istinadən verdiyi xəbərə görə, YUNİSEF bildirib ki, cari ilin (2026) əvvəlindən Qəzza zolağında davam edən kövrək atəşkəs şəraitində 37 uşaq həyatını itirib.
Təşkilatın Qəzza və İordan çayının Qərb sahilindəki fələstinli uşaqların vəziyyəti ilə bağlı hesabatında qeyd olunub ki, yanvar ayında Qərb sahilində 2 uşaq şəhid edilib və 25 uşaq yaralanıb.
YUNİSEF vurğulayıb ki, Qəzzada bir çox uşaqlar üçün vəziyyət ölümcül həddə çatıb.
Təşkilat bildirib ki, uşaqlar hələ də hava hücumlarından əziyyət çəkir və səhiyyə, su təchizatı və təhsil sisteminin çökməsindən ciddi şəkildə təsirlənirlər.
YUNİSEF atəşkəsin davamlı olmasının və Qəzza zolağında uşaqların əzabına son qoyulmasının zəruriliyini bir daha qeyd edib.
4332853