IQNA

Ali Rəhbərin şəhid rəhbər tərəfindən təyin olunmuş şəxslərin əvvəlki hökm və siyasətlər əsasında fəaliyyətini davam etdirməsi barədə göstərişi

4:00 - March 19, 2026
Xəbər sayı: 3499960
İQNA – Ayətullah Seyid Müctəba Hüseyni Xamenei şəhid rəhbər tərəfindən birbaşa təyin olunmuş rəhbər və məsulların əvvəlki təyinat və göstərişlər əsasında fəaliyyətlərini davam etdirməli olduqlarını vurğulayıb.

“İQNA”-nın məlumatına görə, Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei, İslam İnqilabının Ali Rəhbəri, öz dəftərinin rəsmi informasiya portalı vasitəsilə yayımlanan bir məktubda şəhid rəhbər tərəfindən birbaşa təyin olunmuş qurum rəhbərlərinin fəaliyyətinə dair mövqeyini açıqlayıb.

Ali Rəhbərin məktubunun mətni belədir:

Bismihi Təala

Şəhid rəhbər (qəddəsə sirruhuz-zəkiyyə) tərəfindən birbaşa təyin olunmuş bəzi qurum rəhbərlərinin sorğusuna cavab olaraq bildirirəm ki, hazırda heç birinizin hökmünün yenilənməsinə ehtiyac yoxdur və həmin böyük şəxsiyyətin həyatı dövründə sizə çatdırılmış siyasət və göstərişlər əsasında fəaliyyətinizi davam etdirməyiniz vacibdir.

Hamınıza öz vəzifələrinizi yerinə yetirməkdə Uca Allahdan müvəffəqiyyət diləyirəm.

Seyid Müctəba Hüseyni Xamenei

4341252  

captcha