“İQNA”-nın xəbərinə görə, Pakistanın “Ədalət Hərəkatı Partiyası” (PTI) bu gün yaydığı bəyanatda Əli Laricaninin şəhadəti ilə bağlı dərin təəssüf və kədərini ifadə edib.
Bəyanatda daha sonra belə deyilir: Pakistanın Ədalət Hərəkatı bu kədərli hadisəni qətiyyətlə pisləyir və dərin başsağlığını Laricaninin yaslı ailəsinə çatdırır. Uca Allahdan mərhumun ruhunu behiştdə qərar verməsini və ailəsinə səbir və dözüm bəxş etməsini diləyirik.
Biz ən sərt ifadələrlə, Əli Laricaninin şəhadətinə səbəb olan ABŞ və İsrailin təcavüzünü pisləyir və beynəlxalq ictimaiyyəti bölgədə artan gərginliyin qarşısının alınması və beynəlxalq hüququn açıq şəkildə pozulmasına cavab verilməsi üçün öz tam rolunu oynamağa çağırırıq.
Ədalət Hərəkatı əlavə edib: “Dr. Laricani İranın tanınmış və hörmətli siyasi simalarından biri idi. O, uzun illər parlament sədri kimi xidmət etmiş və ölkəsinin siyasətinin formalaşmasında mühüm rol oynamışdı. O, müdrik, təcrübəli və uzaqgörən dövlət xadimi kimi tanınırdı və ölkənin daxili sabitliyinin qorunması və xarici siyasətdə balansın yaradılmasında əhəmiyyətli paya sahib idi”.
Pakistanın Ədalət Hərəkatı Partiyası hesab edir ki, bu kimi hadisələr təkcə böyük humanitar faciələr deyil, həm də bölgədə qeyri-sabitliyin artmasına səbəb olur. Bu vəziyyət beynəlxalq ictimaiyyətin, xüsusilə də İslam ümmətinin sülh və sabitliyin bərpası üçün konkret addımlar atmasını zəruri edir.
Bundan əvvəl Pakistan Prezidenti də yaydığı bəyanatda Dr. Laricaninin terror edilməsindən dərin kədərini ifadə etmiş və bu itkini İran İslam Respublikasının dövlətinə və xalqına başsağlığı vermişdi.
Həmçinin Pakistan Xalq Partiyasının sədr müavini senator Şeri Rəhman İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının mərhum katibinin (ABŞ və İsrailin hücumlarında) terror edilməsini regional sülhə zərbə adlandırıb və mövcud düşmənçiliklərin artmasından narahatlığını ifadə edərək, müharibənin dayandırılması və böhrandan çıxış üçün diplomatiyaya müraciət olunmasını tələb edib.
4341718