IQNA

Nəcəf Hənnanə məscidinin rəhbəri:

İran xalqının müqaviməti Aşura dərsinin müasir təzahürüdür

15:44 - April 02, 2026
Xəbər sayı: 3500060
İQNA – Höccətül‑islam vəl‑müslimin Seyid Əhməd Musəvi “İQNA” ilə qısa söhbətində Amerika–sionist təcavüzkarlarının İranı hədəf alan hücumunu pisləyərək vurğulayıb ki, İran xalqı və rəhbərliyi İmam Hüseynin (ə) hərəkatından ilham alaraq təzyiq və təhdidlər qarşısında dayanmışdır. O, hazırkı müharibəni “Əhzab döyüşünə” bənzədərək bildirib ki, bu savaşın aqibəti də İslamın ilk dövrlərində olduğu kimi haqq cəbhəsinin qələbəsi olacaq. Musəvi həmçinin İran xalqının möhkəm dayanışmasına işarə edərək “Heyhat minnəz‑zillə” şüarını xalqın və ölkənin şəhid rəhbərinin ortaq mesajı adlandırıb.

 

Höccətül‑islam vəl‑müslimin Seyid Əhməd Musəvi, Nəcəfdəki Hənnanə məscidinin mütəvəllisi, “İQNA” ilə qısa müsahibəsində Amerika–sionist təcavüzkarlarının İranı hədəf alan hücumunu şiddətlə pisləyərək dedi:

“İran xalqı və rəhbərliyi İmam Hüseynə (ə) tabe olaraq zamanın Yezidi — Tramp qarşısında təslim olmadılar və bu yol hələ də davam edir.”

Müsahibənin tam mətni belədir:

“O zaman ki, onlar sizə yuxarıdan və aşağıdan hücum etdilər; gözlər [qorxudan] bərələ qaldı, ürəklər boğaza gəlib dayandı və siz Allah barəsində müxtəlif gümanlara düşdünüz.

Orada möminlər imtahana çəkildi və şiddətli sarsıntıya düçar oldular.”

Bu gün də cinayətkar Amerika və qəsbkar sionist rejimi, müsəlman olduqlarını iddia edən Fars körfəzi ərəb ölkələri ilə əlbir olub İrana qarşı müharibəyə başlayıblar və artıq Ramazan müharibəsinin bir ayı keçib.

Bu müharibə tam olaraq Əhzab döyüşünə bənzəyir: müşriklər və kafirlər hər tərəfdən Peyğəmbərə (s) hücum edib onu Mədinədə mühasirəyə aldılar, lakin sonda qələbə Peyğəmbərin (s) oldu. Bu gün də səhnədə olan qeyrətli İran xalqı qalib gələcək və İslam ağacını öz ən pak övladlarının — o cümlədən cəsur və qeyrətli rəhbərlərinin qanı ilə suvarmışdır.

Yezid ibn Müaviyə İmam Hüseynə (ə) dedi ki, ya təslim ol, ya da səni öldürəcəyəm. Həzrət Hüseyn (ə) cavab verdi: “Agah olun! Bu alçağın oğlu alçaq bizi iki yol arasında qoyub: qılınc və zillət. Amma zillət bizdən uzaqdır — heyhat minnəz‑zillə.”

Bu gün də zamanın Yezidi — Tramp — ölkənin şəhid rəhbərinə eyni sözü dedi və o da cavab verdi:

“Agah olun! Bu alçağın oğlu alçaq bizi iki yol arasında qoyub: qılınc və zillət. Amma bizdən zillət uzaqdır. Heyhat minnəz‑zillə.”

İran xalqı və müqavimət cəbhəsi də bu şəhid rəhbərə tabe olaraq Trampın sözünü rədd etdilər və dedilər:

“Heyhat minnəz‑zillə! Heyhat minnəz‑zillə!”

Qeyd edək ki, Höccətül‑islam vəl‑müslimin Seyid Əhməd Musəvi Fitr bayramından bəri İran xalqına həmrəylik göstərmək üçün ölkənin müxtəlif şəhərlərində və xalq toplantılarında iştirak edir.

4343247

captcha