IQNA

Müsəlman Alimləri İttifaqı İbrahim razılaşmalarına qarşı vahid mövqe tutmağı tələb edib

12:05 - June 02, 2026
Xəbər sayı: 3500463
İQNA – Beynəlxalq Müsəlman Alimləri İttifaqı yaydığı bəyanatla İbrahim razılaşmaları qarşısında vahid və bütöv İslam mövqeyi tutulmasını tələb edib.

“İQNA”-nın "Ərəbi 21"ə istinadən verdiyi xəbərə görə, Beynəlxalq Müsəlman Alimləri İttifaqı bəyanatında müsəlmanlara və onların ölkələrinə qarşı istənilən təhdid qarşısında, mənbəyindən asılı olmayaraq, duracağını bildirib.

Bu ittifaq razılaşmanın İrana hər hansı şəkildə bağlanmasını və bunun İbrahim razılaşmalarının tətbiqi kimi qəbul edilməsini qətiyyətlə rədd edib və bunun Qəzzada və başqa yerlərdə soyqırım törədən sionist rejimin xeyrinə olduğunu vurğulayıb.

Beynəlxalq Müsəlman Alimləri İttifaqı həmçinin Əzhər və dünyanın bütün saleh alimlərini İbrahim razılaşmalarının həqiqi məqsədləri üzə çıxdığı indiki zamanda bu razılaşmalara qarşı çıxdıqlarını bəyan etməyə çağırıb.

Beynəlxalq Müsəlman Alimləri İttifaqı bir daha İslam dünyasının liderlərindən güclü bir ittifaqın qurulmasını sürətləndirməyi tələb edib.

Bəyanatın bir hissəsində deyilir: "Ağıllı insanlar beynəlxalq qanunları, əxlaqi prinsipləri, millətlərin suverenliyini və müstəqilliyini pozan bu qəribə açıqlamalar qarşısında çaşıb qalıblar. Biz mediadan eşitmişik ki, ABŞ prezidenti (Tramp) Körfəz ölkələrini və başqalarını son illərdə ən qəddar millətlərin belə törətmədiyi cinayətlər edən sionist rejimlə münasibətlərini normallaşdırmağa çağırır. Dünya bu rejimin Qəzzada gördüyü və görməkdə davam etdiyi işlərin şahidi olub: soyqırım, hər şeyin tamamilə məhv edilməsi, bütün hərbi vasitələrlə qətl, aclıq, xəstəlik və başqa şeylər. İndi də bu cür cinayətlərin Livanda və başqa yerlərdə təkrarlandığının şahidiyik."

Bəyanatın başqa bir hissəsində deyilir: "Bütün bu cinayətlərə baxmayaraq, ABŞ hökuməti münasibətlərin normallaşdırılması və İbrahim razılaşmasının imzalanması ilə ona (sionist rejimə) mükafat vermək istəyir. Daha təəccüblüsü odur ki, dünya indi Oman Sultanlığından gələn təhdid səslərini eşidir – o ölkə ki, ədalətli insanlar onu sülh və danışıqlarda iştirak edən dinc bir millət kimi tanıyırlar."

4355655

captcha