İQNA – Şəhid rəhbərin vida, cənazə və dəfn mərasimi qərargahının komandanı bildirib: "Havanın isti olmasını nəzərə alaraq, şəhid liderin cənazə namazı iyulun 5-i səhər saatlarında Müəsllada qılınacaq və ətraflı məlumat veriləcək. Həmçinin şəhid liderin cənazə mərasimi iyulun 6-sı axşamadək başa çatacaq".
“İQNA”-nın məlumatına görə, Tehranın 27-ci Məhəmməd Rəsulullah (s) diviziyasının komandanı general Həsən Həsənzadə iyunun 27-si gecə saatlarında "Xəbər" kanalına verdiyi müsahibədə bildirib: "İranın şəhid liderinin cənazəsi ilə vida mərasimi iyulun 4 və 5-də Tehranın müsəllasında keçiriləcək".
Şəhid rəhbərin vida, cənazə və dəfn mərasimi qərargahının komandanı Müsəllanın qapılarının iyulun 4-ü səhər saat 06:00-dan etibarən ictimaiyyət üçün açıq olacağını qeyd edərək, bu mərasimin iyulun 5-i axşam saat 20:00-dək davam edəcəyini vurğulayıb.
Şəhid liderin cənazə mərasimi iyulun 6-sı axşamadək Tehranda başa çatacaq
O, sözlərinə belə davam edib: "İstini nəzərə alaraq, şəhid liderin cənazə namazı iyulun 5-i, bazar günü səhər saatlarında Müsəllada qılınacaq və bunun dəqiq vaxtı və forması ilə bağlı əlavə məlumat veriləcək. Həmçinin planlaşdırılıb ki, mərasim iyulun 6-sı, bazar ertəsi günü axşamadək başa çatsın".
General Həsənzadə şəhid liderin ailə üzvlərinin də onunla birlikdə dəfn ediləcəyini elan edərək bildirib: "Şəhid imam və ailəsinin cənazələri vida mərasimi üçün Müsəllada yüksək bir yerdə yerləşdiriləcək ki, həyətin, eyvanların və damın əsas ərazisində olan hər yerdən görünə bilsin".
Tehranın 27-ci Məhəmməd Rəsulullah diviziyasının komandanı bu mərasimi tarixi bir hadisə adlandıraraq deyib: "Müsəllanın tutumunun məhdud olduğunu və izdihamın uzun müddət içəridə qalmasının mümkün olmadığını nəzərə alaraq, insanların bir istiqamətdən daxil olması, cənazəni ziyarət etməsi və təxminən 20 dəqiqədən sonra çıxması planlaşdırılıb".
Paytaxtda şəhid liderin dəfn mərasimində 20 milyon insanın iştirakı proqnozlaşdırılır
Paytaxtda şəhid liderin dəfnində təxminən 20 milyon insanın iştirak edəcəyini proqnozlaşdıran general Həsənzadə əlavə edib: "Gələn həftəki mərasimdə diqqət yetiriləcək ən vacib məsələlərdən biri isti hava və günvurma ehtimalıdır. Buna görə də xalq çox sıx olan nöqtələrə girməkdən çəkinməli, hərəkət zamanı kölgəli yollardan istifadə etməli və yanlarında artıq əşyalar götürməməlidirlər ki, bu isti havada gəzinti zamanı çətinlik çəkməsinlər".
General Həsənzadə əhaliyə digər tövsiyələrini verərək qeyd edib: "Hər kəs özü ilə su şüşəsi və stəkan götürsün, insanlar imkan daxilində çəfiye (şərf), papaq və ya günlüyün köməyi ilə özlərinə kölgə yaratsınlar. Həmçinin uşaqları və körpələri çox sıx yerlərə gətirməkdən çəkinin və qocaların izdihamlı yerlərə daxil olmamasına diqqət edin".
Şəhid rəhbərin vida, cənazə və dəfn mərasimi qərargahının komandanı insanlardan əsas ərazidən çıxdıqdan sonra Müsəllanın ətrafını tez tərk etmələrini xahiş edib. O bildirib ki, Müsəllanın ətrafında "Zairşəhər" adlanan beş məkan nəzərdə tutulub və orada sanitar qovşaqlar, namazxana, içməli su, qida və tibbi xidmətlər təqdim olunacaq; zəvvarlar orada dincəldikdən sonra öz yaşadıqları yerlərə qayıda bilərlər.
4360728