“İQNA”-nın İraqın rəsmi xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Nəcəf valisi Yusif Məkkəi Kənavi şəhid liderin dəfn mərasiminin keçirilməsi üçün təhlükəsizlik, logistika və xidməti tədbirlərin tamamlandığını açıqlayıb. O, mərasimin iki hissədən – rəsmi və xalq hissələrindən ibarət olacağını, həmçinin dəfn iştirakçılarına xidmət göstərmək üçün 100-dən çox Hüseyni "mokib"in (xidmət məntəqəsinin) təşkil edildiyini bildirib.
Kənavi əlavə edib ki, Nəcəf əyalətində dəfn mərasimi üçün iki proqram nəzərdə tutulub: "Birinci proqram çərşənbə axşamı günü icra, qanunvericilik və məhkəmə hakimiyyətinin rəhbərləri, siyasi cərəyanların və Koordinasiya Çərçivəsinin liderləri, parlament üzvləri və rəsmi şəxslərin iştirakı ilə Nəcəf Beynəlxalq Hava Limanında keçiriləcək rəsmi mərasimdir. İkinci proqram isə çərşənbə günü səhər saat 06:00-da başlayacaq xalq yürüşüdür. Bu yürüş hava limanı yolundakı Sədr xəstəxanası körpüsündən başlayaraq, şəhərin qədim hissəsindən keçəcək və Həzrət Əlinin (ə) müqəddəs hərəmində başa çatacaq".
Nəcəf valisi əyalətin Baş Nazirin ofisi, Birgə Əməliyyatlar Komandanlığı, Xalq Səfərbərlik Qüvvələri (Həşdi-Şəbi) və İranın İraqdakı səfirliyindən ibarət nümayəndə heyətini qəbul etdiyini, mərasimin təşkili ilə bağlı bütün detalların müzakirə olunduğunu bildirərək, Nəcəfin bu tarixi hadisəyə ev sahibliyi etmək üçün tam hazır olduğunu vurğulayıb.
4362607