IQNA

İraqın Baş naziri şəhid liderin cənazəsini qarşılamaq üçün Nəcəf hava limanına gəlib

17:07 - July 07, 2026
Xəbər sayı: 3500703
İQNA – İraqdakı məlumatlı mənbələrdən biri, Baş nazir Əli əz-Zeydinin İnqilabın şəhid lideri Həzrət Ayətullahul-üzma Xameneinin (r.ə) cənazəsini qarşılamaq üçün Nəcəf Beynəlxalq Hava Limanına gəldiyini xəbər verib.

“İQNA”, "Şəfaq News" xəbər portalına istinadən bildirir ki, İraqın Baş naziri Əli əz-Zeydi şəhid liderin cənazəsinin qarşılanması üçün bu gün (iyul ayının 7-si) Nəcəf Beynəlxalq Hava Limanında keçiriləcək rəsmi mərasimdə iştirak edəcək.

Həmçinin şəhid olmuş liderin cənazəsinin Nəcəfə çatdırılması vaxtı yaxınlaşdıqca, şəhərin beynəlxalq hava limanı qarşılama və mərasimin keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.

Bu hesabata görə, İraq "Qumullah" (Allah üçün ayağa qalxın) şüarı altında şəhid liderin cənazəsinə ev sahibliyi etmək üçün son hazırlıq mərhələsinə daxil olub. Mərasimlə bağlı koordinasiya işlərinin görülməsi üçün Nəcəf Beynəlxalq Hava Limanı bağlanıb, şəhərin küçələrində, meydanlarında və müqəddəs ziyarətgahlara gedən yollarda şəhid liderin şəkilləri quraşdırılıb.

Şəhid liderin cənazəsi bu gün günortadan sonra Nəcəf hava limanına çatacaq və İraq rəsmilərinin iştirakı ilə rəsmi şəkildə qarşılanacaq. Bundan sonra dəfn mərasimləri əvvəlcə Nəcəf-Əşrəfdə, sonra isə Kərbəlada keçiriləcək. İranın İraqdakı mədəniyyət müşavirinin bildirdiyinə görə, İraq rəsmiləri bu mərasimin təhlükəsiz şəkildə keçirilməsi üçün lazımi tədbirləri görüblər.


حضور نخست‌وزیر عراق در فرودگاه نجف برای استقبال از پیکر رهبر شهید

4362767

Teqlər: İraq ، baş nazir ، şəhid ، rəhbər ، cənazə
captcha