IQNA

Şəhid liderin cənazəsi Nəcəfə çatdı

11:13 - July 08, 2026
Xəbər sayı: 3500709
İQNA – Bir neçə an əvvəl inqilabın şəhid lideri Ayətullah Seyid Əli Xameneinin və onun şəhid ailəsinin cənazəsini daşıyan təyyarə Nəcəfi-Əşrəf beynəlxalq hava limanına eniş edib.

 

“İQNA”-nın "Əl-Əhd"ə istinadən verdiyi məlumata görə, İran İslam İnqilabının şəhid liderinin cənazəsini daşıyan təyyarə şəhid imamın İraqdakı dəfn mərasimi üçün Nəcəfi-Əşrəf şəhərinə daxil olarkən, İraq mediası bu ölkə xalqının Nəcəfi-Əşrəf və Kərbəlada kütləvi şəkildə toplandığını xəbər verir.

Bu məlumata görə, İraqın Şiə Koordinasiya Çərçivəsi heyəti, şəhid rəhbərin cənazəsini qarşılama mərasimində coşqu ilə iştirak üçün koordinasiya işlərini aparmaq məqsədilə Nəcəf hava limanına çatıb.

kod

İranın Kərbəladakı baş konsulu bildirib: "İnqilabın şəhid liderinin cənazəsini rəsmi qarşılama mərasimi bu gecə Nəcəfi-Əşrəf hava limanında İran Prezidenti, İraqın Baş naziri və hər iki ölkənin digər yüksək vəzifəli şəxslərinin iştirakı ilə keçiriləcək".

O əlavə edib: "Ayətullah Seyid Məhəmməd Tağı Həkim Nəcəfi-Əşrəfdə şəhid liderin cənazə namazını qılacaq və xalqın iştirakı ilə keçiriləcək dəfn mərasimi çərşənbə günü səhər saat 6-dan etibarən başlayacaq".

Bu arada, İraqda mərasimi təşkil edən rəsmilər dəfn mərasiminin keçirilməsi üçün xüsusi bir avtomobil də nəzərdə tutublar.

kod

4362820

captcha