IQNA

Ümmətin şəhid liderinin müqəddəs cənazəsinə İmam Əlinin (ə) hərəmində namaz qılınması

11:31 - July 08, 2026
Xəbər sayı: 3500712
İQNA – Bu gün səhər, çərşənbə günü, ümmətin şəhid liderinin müqəddəs cənazəsinə Həzrət Əlinin (ə) müqəddəs hərəmində namaz qılınması mərasimi keçirildi.

 

“İQNA”-nın "Əl-Aləm"ə istinadən verdiyi məlumata görə, bu gün səhər, çərşənbə günü, ümmətin şəhid lideri, Ayətullahul-üzma İmam Seyid Əli Hüseyni Xameneinin (qüddisə sirruhu) və onun ailəsinin şəhidlərinin müqəddəs cənazəsinə Nəcəfi-Əşrəfdəki Həzrət Əlinin (ə) müqəddəs hərəmində namaz qılınıb.

Cənazə namazı Ayətullah Seyid Məhəmməd Tağı Həkim tərəfindən qılındı.

kod

Nəcəf şəhərinə aparan bütün yollarda qeyri-adi sıxlıq və tıxac müşahidə olunur; çoxsaylı İraq vətəndaşları və digər əyalətlərdən gələn xarici qonaqlar bu mərasimdə iştirak etmək üçün Nəcəfə daxil olurlar.

Nəcəf şəhərinin küçə və əsas meydanlarında qaldırılan bayraqlar və əza plakatları altında şəhər hüzn və matəm atmosferinə bürünüb. Həmçinin, Həzrət Əli ibn Əbu Talibin (ə) hərəminə doğru uzanan bu milyonluq yürüşün bütün marşrutu boyu əza dəstələri (mökəblər) yerləşib.

İnqilab liderinin cənazə mərasiminin Nəcəf və Kərbəla şəhərlərində yalnız bir neçə saat davam edəcəyinə baxmayaraq, bu hadisə öz miqyasına və əhatə dairəsinə görə hər iki şəhərin tarixində mühüm bir hadisə hesab olunur.

4362846

captcha