IQNA

Kazimeyn Şəhid İnqilab Rəhbərinin ailə üzvlərinin cənazələrinə ev sahibliyi etdi

11:45 - July 09, 2026
Xəbər sayı: 3500717
İQNA – Çərşənbə günü, Kazimeyn şəhəri İslam İnqilabının şəhid rəhbəri Ayətullah əl-Uzma Seyid Əli Xameneinin ailə üzvlərinin mübarək cənazələrinə ev sahibliyi edib.

"İQNA"-nın "Əl-Aləm"-ə istinadən verdiyi məlumata görə, bu gün səhər, çərşənbə günü (8 iyul), İslam İnqilabının şəhid rəhbərinin ailə üzvlərinin mübarək cənazələri yas saxlayan kütlənin arasında, dərin hüzn və sonsuz ehtiramla Kazimeyndəki Həzrət İmam Musa Kazım (ə) və İmam Məhəmməd Təqi (ə) hərəminin hüdudlarında təşyi mərasimi üçün gətirilib.

İslam İnqilabının şəhid rəhbəri Ayətullah əl-Uzma Seyid Əli Xameneinin mübarək cənazəsinin təşyi mərasimi Nəcəfi-Əşrəfdə İraq xalqının kütləvi iştirakı, zəvvarlar və bu ölkənin dini şəxsiyyətlərinin iştirakı ilə davam edir.

İslam İnqilabının şəhid rəhbərinin və ailəsinin bir neçə üzvünün cənazəsi çərşənbə axşamı gecə Nəcəf Beynəlxalq Hava Limanına çatdıqdan sonra İran İslam Respublikası və İraqın yüksək rütbəli rəsmilərinin iştirakı ilə rəsmi şəkildə qarşılanıb.

4362953

captcha