“İQNA”-nın, İmam Hüseynin (ə) Hərəminin Telegram səhifəsinə istinadən verdiyi məlumata görə, İslam İnqilabının şəhid rəhbərinin nəşi İmam Hüseynin (ə) hərəmində cənazə namazı qılındıqdan sonra Beynül-Hərəmeyndə izdihamlı şəkildə yola salınıb və matəm saxlayan insanların çiyinləri üzərində təvaf etdirilməsi üçün Həzrət Əbülfəzl Abbasın (ə) hərəminə aparılıb.
İraqın ali dini rəhbərliyinin nümayəndəsi və Həzrət Əbülfəzl Abbasın (ə) Müqəddəs Hərəminin rəhbəri Höccətül-islam Seyid Əhməd əs-Safi İslam ümmətinin şəhid rəhbərinin nəşi üzərində cənazə namazını qılıb.
Mücahid şəhid imamın pak nəşi bir neçə saat davam edən izdihamlı vida və dəfn yürüşündən sonra bir qədər əvvəl müqəddəs Kərbəla şəhərində İmam Hüseynin (ə) hərəminə daxil olub.
Matəm saxlayan insanlar və hər iki müqəddəs hərəmin ziyarətçiləri şəhid imamın cənazə namazını Ayətullah Sistaninin İraqdakı nümayəndəsi və İmam Hüseynin (ə) Müqəddəs Hərəminin rəhbəri Şeyx Əbdülmehdi Kərbəlayinin imamlığı ilə qılıblar.
İslam ümmətinin şəhid imamı Həzrət Ayətullahül-üzma Xameneinin (r.ə) pak nəşi ilə vida və möhtəşəm dəfn mərasimləri Həzrət Əbülfəzl Abbasın (ə) hərəmində qılınan namazla başa çatıb.
İslam İnqilabının mücahid şəhid rəhbərinin nəşinin qarşılanması, vida və dəfn mərasimləri çərşənbə günü səhər saatlarından etibarən İraqda başlamışdı.
4363015